Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut
20 Oktyabr 2026, 16:14
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
3555
11.07.2025, 22:23
Ukrayna Silahlı Qüvvələrinin bölmələri Moskva vilayətindəki Voronin Luxovitski adına aviasiya zavoduna zərbələr endirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Baş Qərargahın məlumatına görə, müəssisə “MiQ-29” və “MiQ-31” tipli qırıcılar istehsal edir.
“Bu müəssisə Rusiya ordusu üçün hissələrin mexaniki emalından tutmuş son yığılma, uçuş sınaqları və Rusiyanın “MiQ” döyüş təyyarələrinin təhvil verilməsinə qədər bütün iş kompleksini həyata keçirir. Zavodun ərazisində partlayışlar və yanğın qeydə alınıb”, - qurumdan bildirilib.
Həmçinin Ukrayna SQ-nin Xüsusi Əməliyyat Qüvvələri və Ukrayna Təhlükəsizlik Xidmətinin bölmələri Müdafiə Qüvvələrinin digər komponentləri ilə əməkdaşlıq şəklində akademik Şipunov adına Cihazqayırma Konstruktor Bürosuna zərbələr endiriblər.
Bundan əlavə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən bildirilib ki, iyulun 10-da Rusiyanın Tümen vilayətinin Xantı-Mansiysk Muxtar Dairəsində yerləşən Lanqepas şəhərində qaz kəməri partladılıb. Çelyabinsk, Orenburq və Sverdlovsk vilayətlərində Rusiyanın hərbi-sənaye kompleksi müəssisələrinə xidmət edən iri magistral qaz kəmərinin bir hissəsi məhv edilib.
Partladılmış qaz kəmərinin buraxıcılıq gücü ildə 2,6 milyard kubmetr qaz təşkil edir. “Qaz kompressor stansiyaları arasındakı məsafəni (təxminən 20 kilometr) nəzərə alsaq, partlayışlar nəticəsində zədələnmiş iki boruda təxminən 4 milyon 112 min m3 qaz olub”, - Ukrayna Baş Kəşfiyyat İdarəsindən vurğulanıb.(report)
18:46 / 20 Oktyabr 2026
11
18:34 / 20 Oktyabr 2026
27
18:26 / 20 Oktyabr 2026
39
18:20 / 20 Oktyabr 2026
40
18:14 / 20 Oktyabr 2026
49
18:01 / 20 Oktyabr 2026
66
17:50 / 20 Oktyabr 2026
89
17:20 / 20 Oktyabr 2026
88
17:10 / 20 Oktyabr 2026
74
16:59 / 20 Oktyabr 2026
82
16:57 / 20 Oktyabr 2026
892
16:50 / 20 Oktyabr 2026
98
16:44 / 20 Oktyabr 2026
193
16:40 / 20 Oktyabr 2026
92
16:21 / 20 Oktyabr 2026
79
16:16 / 20 Oktyabr 2026
125
16:14 / 20 Oktyabr 2026
105
16:06 / 20 Oktyabr 2026
215
15:57 / 20 Oktyabr 2026
1677
15:50 / 20 Oktyabr 2026
83
15:30 / 20 Oktyabr 2026
840
15:26 / 20 Oktyabr 2026
75
15:18 / 20 Oktyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.