İran infrastrukturunu yenidən quracaq
27 İyul 2026, 10:37
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
4147
11.07.2025, 21:46
Rusiya Prezidenti Vladimir Putin “Dövlət dil siyasətinin əsasları”nı təsdiq edən fərman imzalayıb.
Oxu24.com Musavat.com-a istinadən xəbər verir ki, yeni sənəddə rus dilinin Rusiya Federasiyasının milli sərvəti, ölkənin çoxmillətli xalqını və dünyanın digər xalqlarını birləşdirən mədəni-sivilizasiyalı "Rus dünyasının ayrılmaz hissəsi" olduğu vurğulanır.
Fərmanın məqsədi olaraq aşağıdakılar göstərilir:
• rus dilinin qorunması və inkişaf etdirilməsi;
• onun həm ölkə daxilində, həm də beynəlxalq miqyasda mövqeyinin möhkəmləndirilməsi;
• rus dilinin inteqrasiya və vətəndaş həmrəyliyinin aləti kimi rolunun önə çəkilməsi.
Lakin bu sənədin məğzi təkcə dil siyasəti ilə məhdudlaşmır. Fərmanda açıq şəkildə qeyd olunur ki, Rusiya dövləti yalnız öz sərhədləri daxilində deyil, xaricdə də rus dilinin qorunmasını öz üzərinə öhdəlik kimi götürür. Əgər hər hansı ölkədə rus dilinə qarşı “təhdid və ya diskriminasiya halları” baş verərsə, Moskva bunu müdaxilə üçün əsas sayacaq.
Artıq bu istiqamətdə konkret mesajlar da verilib. Rusiya XİN İrəvana xəbərdarlıq ünvanlayıb ki, Ermənistanda rus dilinə qarşı hər hansı məhdudiyyətlər olarsa, Moskva buna reaksiya verəcək, sanksiyalar tətbiq edəcək. Oxşar proseslərin Baltik ölkələrində, Moldovada və digər postsovet məkanında da müşahidə olunduğu vurğulanır. Kremlin baxışına görə, bütün bunlar “antirusiya və antirus dili siyasəti”nin tərkib hissəsidir.
Ekspertlər bildirirlər ki, Putinin bu fərmanı əslində “Rus dünyası” anlayışını daha geniş geosiyasi sferaya çevirməyə xidmət edir. Beləliklə, istənilən ölkədə rus dilinin vəziyyəti bəhanə edilərək həmin dövlətin daxili işlərinə qarışmağa zəmin yaradılır.
Bu kontekstdə son dövrlərdə Azərbaycanda da cəmiyyətin müxtəlif təbəqələrində rus dilinə münasibətin əvvəlki illərlə müqayisədə xeyli soyuması diqqət çəkir. Bəzi müşahidəçilər hesab edirlər ki, Putinin imzaladığı bu fərman dolayısıyla Azərbaycana qarşı da təzyiq rıçağı yaratmağa xidmət edə bilər.
01:50 / 28 İyul 2026
53
01:15 / 28 İyul 2026
52
23:44 / 27 İyul 2026
136
23:18 / 27 İyul 2026
143
22:44 / 27 İyul 2026
77
22:24 / 27 İyul 2026
73
21:47 / 27 İyul 2026
167
21:29 / 27 İyul 2026
90
20:50 / 27 İyul 2026
82
20:19 / 27 İyul 2026
107
20:00 / 27 İyul 2026
119
19:59 / 27 İyul 2026
94
19:46 / 27 İyul 2026
606
19:30 / 27 İyul 2026
133
19:15 / 27 İyul 2026
100
19:13 / 27 İyul 2026
118
19:02 / 27 İyul 2026
105
18:48 / 27 İyul 2026
1030
18:45 / 27 İyul 2026
125
18:33 / 27 İyul 2026
92
18:30 / 27 İyul 2026
957
18:22 / 27 İyul 2026
93
18:20 / 27 İyul 2026
2888
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.