Qaynar xətt:

(+99450) 247 90 86

Şuşa və Hadrutdan köçmüş 300 erməni ailəsinə Xankəndidə ev veriləcək

Şuşa və Hadrutdan köçmüş 300 erməni ailəsinə Xankəndidə ev veriləcək

QARABAĞ

646

18.01.2022, 23:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
2021-ci ilin sonunda “Hayastan” ümumerməni fondunun Qarabağda həyata keçirdiyi genişmiqyaslı mənzil proqramı çərçivəsində 100 köçkün ailəyə ev verilib”.
Bunu Qarabağdakı separatçı erməni nəşrləri yazıb. Məlumata görə, Xankəndi şəhərinin Tumanyan küçəsində salınmış yaşayış massivinin bir hissəsi istifadəyə verilib. Binalardakı mənzillərə Azərbaycan ordusunun 44 günlük müzəffər savaşı nəticəsində Hadrut və Şuşadan köçmüş erməni ailələri köçəcək.
Yanvar ayının sonuna kimi Xankəndidəki yeni tikilmiş evlərə ümumilikdə 300 köçkün erməni ailəsinin köçəcəyi bildirilir./