Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
24 Aprel 2026, 20:55
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
914
19.02.2020, 10:10
ABŞ Dövlət Departamenti Dağlıq Qarabağla bağlı iki vacib sənədi açıqlayıb.
Bu barədə Ermənistanın 7or.am saytı məlumat yayıb.
Hər iki sənəd Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın münaqişənin həllinə dair mövqeyi ilə bağlıdır.
1993-cü ilin 29 mayına aid olan ilk sənəddə ABŞ-ın İrəvandakı səfiri Harri Gilmorla Ermənistanın xarici işlər nazirinin səlahiyyətlərini icra edən Jirayr Lipartiyanın dialoqu yer alıb:
“Ter-Petrosyan hökuməti Qarabağı itirməkdən narahat deyil. Onlar başqa məsələlərə - demokratiya, insan hüquqları və həyat şəraitinin yüksəldilməsi ilə bağlı öhdəlik götürüblər. Kəlbəcərin qorunması erməni əhalisinin əsas hədəfinə çevriləcəksə, Ter-Petrosyan və hökuməti istefaya gedəcək. Onlar işğal olunmuş ərazilərin geri qaytarılmasının tərəfdarıdırlar”.
Digər sənəddə isə 1996-cı ildə ABŞ dövlət katibinin müavini Strob Talbottun ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Sandi Berger ilə yazışması qeyd olunub:
“Ter-Petrosyan bildirir ki, Dağlıq Qarabağ məsələsində 90% uğur qazana bilərik, qalan 10% üçün isə vasitəçilər lazımdır. Birinci ATƏT-in Minsq Qrupu, ikinci ABŞ, üçüncü isə Rusiya. Daha bir variant var – Azərbaycan Respublikasının dövlət müşaviri Vəfa Quluzadə ilə birbaşa dialoq. Ermənistan Prezidentinin sözlərinə görə, burada söhbət ərazi bütövlüyü və Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmaqdan gedir. Ter-Petrosyan eyni zamanda deyir ki, vasitəçilər Dağlıq Qarabağın təhlükəsizliyi ilə bağlı təminat məsələsini həll etməlidirlər. Onun sözlərinə görə, Qarabağ Ermənistanla əlaqədə olmalıdır. Bu, həm də hərbi-təhlükəsiz dəhliz olmalıdır”. (Axar.az)
Həmçinin oxuyun


Günün təklif olunan videosu:
01:08 / 25 Aprel 2026
565
00:59 / 25 Aprel 2026
344
00:22 / 25 Aprel 2026
337
23:49 / 24 Aprel 2026
117
23:35 / 24 Aprel 2026
306
23:21 / 24 Aprel 2026
333
22:43 / 24 Aprel 2026
923
22:31 / 24 Aprel 2026
108
22:31 / 24 Aprel 2026
266
22:29 / 24 Aprel 2026
114
22:21 / 24 Aprel 2026
116
22:20 / 24 Aprel 2026
340
22:15 / 24 Aprel 2026
1764
22:13 / 24 Aprel 2026
106
22:10 / 24 Aprel 2026
728
22:07 / 24 Aprel 2026
108
22:03 / 24 Aprel 2026
396
22:00 / 24 Aprel 2026
257
21:56 / 24 Aprel 2026
118
21:44 / 24 Aprel 2026
239
21:10 / 24 Aprel 2026
261
20:55 / 24 Aprel 2026
145
20:49 / 24 Aprel 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.