Qaynar xətt:

(+99450) 247 90 86

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olunub 

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olunub 

QARABAĞ

52

06.11.2026, 11:37

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xankəndi şəhərində 8 Noyabr– Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu24.com-un  məlumatına görə, tədbir Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin və Xidmətin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqını Zəfər Gününün Azərbaycan xalqının tarixində müstəsna əhəmiyyətə malik olduğunu bildirib.

Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Çıxışlarda diqqətə çatdırılıb ki, bu gün azad edilmiş torpaqlar doğma insanların nəfəsi ilə isinməkdədir. Xankəndidə, Şuşada, Xocalıda, Ağdərədə və digər ərazilərdə həyat yenidən canlanır, genişmiqyaslı quruculuq və bərpa işləri Azərbaycanın Qələbədən tərəqqiyə doğru inamlı addımlarını nümayiş etdirir.

Sonra tədbir iştirakçılarına Əməkdar jurnalist Afət Telmanqızının ssenari müəllifliyi ilə çəkilmiş, 44 günlük Vətən müharibəsini, tarixi Qələbəni və Zəfər ruhunu özündə əks etdirən “Zəfər zəngi” filmi nümayiş olunub.