Allahverdi Bağırovun qızı: "Ağdamda atamın büstü qoyulacaq"
31 Yanvar 2025, 09:20
Qaynar xətt:
(+99450) 247 90 86QARABAĞ
1730
21.12.2024, 14:49
Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib.
OXU24.COM xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Gənclər və İdman nazirliyi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən çempionatın final yarışları Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə baş tutub.
Təhsil ocağının idman zalında təşkil olunan yarışda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyin əməkdaşları, Gənclər və İdman naziri Fərid Qayıbov, həmçinin media nümayəndələri iştirak edib.
Nazirlə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi badminton oynamaqla yarışı açıq elan ediblər. F.Qayıbov mətbuata açıqlamasında bildirib ki, bu gün Azərbaycan idmanında tarixi hadisə yaşanır. İşğaldan azad edilmiş torpaqlarımıza idman qayıdır. Mütəmadi olaraq Qarabağın işğaldan azad edilən şəhər və rayonlarında idman yarışları keçirilir. Xankəndi şəhəri də artıq bir neçə idman yarışına ev sahibliyi edib. Nazir Xankəndinin həm də idman mərkəzinə çevriləcəyindən və bu günədək bu şəhərdə keçirilmiş idman yarışlarından da söz açıb.
1974-cü ildə Xankəndidə keçirilmiş turnirdə 3 kateqoriya üzrə mükafatçılar sırasında yer almış Azərbaycan badminton ailəsinin üzvü Mahmud Məmmədov da fəxri qonaq qismində final qarşılaşmalarını izləyib.
Həmçinin oxuyun
Qalib və mükafatçıları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyin əməkdaşları, Gənclər və İdman naziri Fərid Qayıbov və Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov təltif edib.
Qeyd edək ki, 1974-cü ilin oktyabrında Xankəndidə keçirilmiş Azərbaycan çempionatı, klublar arasında da təşkil olunub. Yarışda 24 kişi və 20 qadın badmintonçu iştirak edib. Klubların mübarizəsində isə "Neftçi", "Məhsul", "Zenit", "Lokomotiv" və "Spartak" komandaları birincilik uğrunda yarışıb.
23:26 / 07 Aprel 2025
Astarada kişi arvadını döydü
36
21:50 / 07 Aprel 2025
Şaxtada qazdan zəhərlənmə olub - Ölənlər var
41
21:30 / 07 Aprel 2025
Tramp Çinə sabahadək vaxt qoydu
54
21:11 / 07 Aprel 2025
"Kişi çılpaq vəziyyətdə idi" - Valideynlərdən şok açıqlama +VİDEO
1085
21:09 / 07 Aprel 2025
Bakıda evdən qadın meyiti tapıldı
77
20:56 / 07 Aprel 2025
Mask uşaqları ilə 2 otaqlı evdə yaşayır? - FOTO
52
20:55 / 07 Aprel 2025
Gürcüstan Ukraynada davam edən hərbi əməliyyatların günahkarını açıqlayıb
53
20:40 / 07 Aprel 2025
"Uşaqlar, düşməni heç bir səs-küy salmadan, yalnız bıçaqla aradan götürməlisiniz" — "Aprel Döyüşləri"ndən xatirələr
168
20:30 / 07 Aprel 2025
Avropa Birliyi Trampa cavab hazırlayıb
57
20:12 / 07 Aprel 2025
Prezident Qanunu imzaladı
894
20:08 / 07 Aprel 2025
Rusiya helikopterlərini artırır
62
19:57 / 07 Aprel 2025
ABŞ tarifləri Aİ ixracatında 380 milyard avroya təsir edir
65
19:53 / 07 Aprel 2025
Türk Mədəniyyəti və İrsi Fondu ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında Memorandum imzalanıb
75
19:52 / 07 Aprel 2025
BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclası aprelin 8-də keçiriləcək
68
19:49 / 07 Aprel 2025
Trampın qaydaları- Çini qəzəbləndirdi
48
19:45 / 07 Aprel 2025
Tramp Çini əlavə rüsumlarla hədələyib
64
19:32 / 07 Aprel 2025
Aktyor öldü,ancaq dəfn olunmayacaq
82
19:18 / 07 Aprel 2025
Prezidentin sərəncamı: 8 institut və 2 yeni elmi müəssisə yaradılacaq
1182
19:06 / 07 Aprel 2025
Havanın temperaturu-10 dərəcə aşağı enəcək.
82
18:41 / 07 Aprel 2025
Xatunun Rusiyada başına iş gəlib
85
18:39 / 07 Aprel 2025
Atasını itirdi,anası iflic olduğu üçün internata verildi — Şəhidin acı taleyi
1032
18:21 / 07 Aprel 2025
Meloni Trampla görüşə gedir
90
18:20 / 07 Aprel 2025
Ədalət Verdiyevə bəraət VERİLDİ
337
18:13 / 07 Aprel 2025
İran radar sistemlərini yerləşdirir
93
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.