13 dost,13 şəhid -XTQ tablosu...
20 Oktyabr 2025, 00:49
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
317
18.07.2024, 14:00
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daşkəsənli şəhid Akif Abbasov dəfn olunub
Oxu24.com xəbər verir ki, Birinci Qarabağ Müharibəsində itkin düşən və 31 ildən sonra şəxsiyyəti müəyyənləşdirilən Daşkəsən rayonunun Əhmədli kənd sakini şəhid Abbasov Akif İlyas oğlunun Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn mərasimi keçirilib.
Şəhidin dəfn mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Rəcəb Öztop, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları, şəhid ailələri, müharibə veteranları və əlilləri, rayon sakinləri və KİV mənsubları iştirak ediblər.
Şəhidin cənazə namazı ailəsinin yaşadığı evdə qılınıb, dualar oxunub.
Sonra şəhidin nəşi Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.
Həmçinin oxuyun
Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağını Orxan Abbasov şəhidin qardaşı Nizaməddin Abbasova təqdim edib.
Qeyd edək ki, şəhid Abbasov Akif İlyas oğlu 1 iyul 1970-ci ildə Daşkəsən rayonunun Əhmədli kəndində anadan olub. O, könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb. 28 dekabr 1993-cü ildə Ağdərə rayonunun Salahlı kəndi ərazisində erməni silahlı dəstələri ilə gedən döyüşlərdə hərbi xidməti borcunu yerinə yetirərkən müqəddəs şəhidlik zirvəsinə ucalıb.



00:25 / 16 Dekabr 2025
168
00:14 / 16 Dekabr 2025
71
00:03 / 16 Dekabr 2025
62
23:55 / 15 Dekabr 2025
60
23:51 / 15 Dekabr 2025
492
23:45 / 15 Dekabr 2025
54
23:28 / 15 Dekabr 2025
73
23:25 / 15 Dekabr 2025
49
23:21 / 15 Dekabr 2025
109
23:14 / 15 Dekabr 2025
54
23:08 / 15 Dekabr 2025
67
23:02 / 15 Dekabr 2025
64
22:54 / 15 Dekabr 2025
53
22:49 / 15 Dekabr 2025
69
22:48 / 15 Dekabr 2025
57
22:31 / 15 Dekabr 2025
86
22:27 / 15 Dekabr 2025
64
22:09 / 15 Dekabr 2025
411
21:59 / 15 Dekabr 2025
69
21:45 / 15 Dekabr 2025
94
21:10 / 15 Dekabr 2025
1797
20:54 / 15 Dekabr 2025
120
20:38 / 15 Dekabr 2025
1550
20:16 / 15 Dekabr 2025
84
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.