İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
15 Sentyabr 2026, 20:43
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
295
05.04.2024, 18:14
Aprelin 5-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasında olub.
OXU24.COM xəbər verir ki, energetika naziri Pərviz Şahbazov Prezident Deni Sassu-Nqesso Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanda yaşıl enerjiyə keçidlə bağlı mühüm işlər görülür.
Daha sonra qonaqlar stansiyanın idarəetmə mərkəzinin iş prosesi ilə tanış olublar.
Ali qonağın diqqətinə çatdırılıb ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilib.
Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Bu stansiya ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.
Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət olunacaq. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min ədəd günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.
Sonda Konqo Prezidenti stansiya ərazisində ağac əkib.
04:19 / 18 Sentyabr 2026
1
04:18 / 18 Sentyabr 2026
5
23:58 / 17 Sentyabr 2026
91
23:48 / 17 Sentyabr 2026
75
23:46 / 17 Sentyabr 2026
156
23:38 / 17 Sentyabr 2026
218
23:33 / 17 Sentyabr 2026
76
23:20 / 17 Sentyabr 2026
79
23:10 / 17 Sentyabr 2026
93
22:42 / 17 Sentyabr 2026
96
22:29 / 17 Sentyabr 2026
80
22:17 / 17 Sentyabr 2026
86
22:15 / 17 Sentyabr 2026
275
21:59 / 17 Sentyabr 2026
95
21:46 / 17 Sentyabr 2026
171
21:39 / 17 Sentyabr 2026
114
21:27 / 17 Sentyabr 2026
358
21:24 / 17 Sentyabr 2026
165
20:35 / 17 Sentyabr 2026
218
20:30 / 17 Sentyabr 2026
78
20:26 / 17 Sentyabr 2026
83
20:17 / 17 Sentyabr 2026
80
20:07 / 17 Sentyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.