Qaynar xətt:

(+99450) 247 90 86

Gəmi qəzası ilə bağlı 3 azərbaycanlı haqda 3 ay həbs qərarı çıxarıldı

Gəmi qəzası ilə bağlı 3 azərbaycanlı haqda 3 ay həbs qərarı çıxarıldı

KRİMİNAL

50

27.11.2026, 21:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şimali Kiprin Girne sahillərində gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində 3-ü Azərbaycan vətəndaşı olmaqla, 9 nəfər barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Oxu24.com xəbər verir ki, bunu “Report”a Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu bildirib.

Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəminin qəzaya uğraması nəticəsində 27 nəfər ölüb, 200-dən çox şəxs xilas olunub. İtkin düşmüş daha bir sərnişinin isə axtarışı davam edir.

Cinayət işinin əvvəlində təqsirləndirilən şəxslərə qarşı “ehtiyatsızlıq və diqqətsizlik nəticəsində ölümə səbəb olma” ittihamı irəli sürülsə də, ittiham “adam öldürmə” maddəsi ilə əvəzlənib.