Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
2031
11.04.2022, 12:51
“Dövlət başçısının 2021-ci ilin dekabr ayında imzaladığı Fərmanla daha bir mühüm sosial proqramın icrasına hazırlıq işləri aparılır. 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanaraq əlilliyi müəyyən edilmiş şəxslərə, onlardan vəfat edənlərin ailə üzvlərinə də yaxın vaxtlarda birdəfəlik ödəmənin verilməsinə başlanılacaq”.
Oxu24.com xəbər verir ki, bunu DOST Agentliyində ƏƏSMN-nin son 4 ildə həyata keçirdiyi islahatlarla bağlı keçirilən brifinqində nazir müavini Anar Əliyev bildirib.
O qeyd edib ki, eyni zamanda, Prezident İlham Əliyevin tapşırığı ilə 44 günlük Vətən müharibəsi iştirakçıları da sosial dəstək proqramı ilə əhatə olunub. “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdü təyin olunub. Nazir müavini qeyd edib ki, şəhid ailələri və müharibə əlillərinə yönələn sosial ödənişlərin də son 4 ildə ardıcıl şəkildə artırılması təmin edilib: “Həmçinin şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib. Keçən il onlara 3 min mənzil, ümumilikdə ötən dövrdə 12 500-dən çox mənzil və ya fərdi ev verilib. Son 4 ildə də 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlili minik avtomobili ilə təmin edilib”.
A.Əliyev bildirib ki, Prezidentin tapşırıqları əsasında son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə, pensiyaların minimum məbləği 2,2 dəfə artırılıb. Son 4 ildə müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfədən çox artım baş verib.
Amerikalı alim müsəlmanın qəbrinə kamera qoydu - Səhəri gün görün nə oldu
“Qafqazinfo”
17:13 / 23 Noyabr 2026
54
17:12 / 23 Noyabr 2026
63
16:57 / 23 Noyabr 2026
79
16:55 / 23 Noyabr 2026
76
16:45 / 23 Noyabr 2026
269
16:41 / 23 Noyabr 2026
90
16:33 / 23 Noyabr 2026
85
16:27 / 23 Noyabr 2026
585
16:22 / 23 Noyabr 2026
80
16:19 / 23 Noyabr 2026
104
16:08 / 23 Noyabr 2026
116
15:55 / 23 Noyabr 2026
112
15:35 / 23 Noyabr 2026
128
15:25 / 23 Noyabr 2026
118
15:06 / 23 Noyabr 2026
173
14:48 / 23 Noyabr 2026
2066
14:45 / 23 Noyabr 2026
129
14:42 / 23 Noyabr 2026
139
14:31 / 23 Noyabr 2026
395
14:17 / 23 Noyabr 2026
125
14:13 / 23 Noyabr 2026
242
14:10 / 23 Noyabr 2026
146
14:09 / 23 Noyabr 2026
185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.