Qaynar xətt:

(+99450) 247 90 86

İtaliya Azərbaycan və Aİ arasında yarana biləcək problemlərin həllinə çalışacaq 

İtaliya Azərbaycan və Aİ arasında yarana biləcək problemlərin həllinə çalışacaq 

SİYASƏT

67

23.11.2026, 15:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avropa İttifaqı ilə Azərbaycan arasındakı tərəfdaşlıq konkret münasibətlərin möhkəmləndirilməsi üçün bir imkana çevrilməlidir və hesab edirik ki, Avropa İttifaqı tərəfindən münasibətlərə həmişə bürokratik baxış yox, siyasi baxış da olmalıdır.

Oxu24.com  xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan və Avropa İttifaqı arasında yarana biləcək problemlərin də həllinə çalışacaqlar: “Eyni fikir NATO-ya da aiddir, ona görə də hesab edirik ki, NATO ilə Azərbaycan arasındakı bu tərəfdaşlıq da möhkəmlənməlidir. Buna görə də öz üzərimizə düşəni edəcəyik, çünki əminik ki, Azərbaycan bu sülhməramlı rolu yerinə yetirərək, Avropanın təhlükəsizliyi üçün mühüm rol oynaya bilər. Ermənistanla sülhlə bağlı əldə edilmiş əsas razılaşma bu istiqamətdə atılan bir addımdır. Bu, bir dövrün qapanışıdır, qarşılığında isə indi bu sabitlik istəyi və həmçinin, bir ölkənin sabitliyi həm Avropaya, həm də NATO-ya təminat verir. Eyni fikir İtaliyaya da aiddir. Hansısa ölkənin stabilliyi investisiya şərtlərinin yaranması üçün əsas göstəricidir”, - XİN rəhbəri qeyd edib.