Qaynar xətt:

(+99450) 247 90 86

Həcc ziyarəti ilə bağlı AÇIQLAMA 

Həcc ziyarəti ilə bağlı AÇIQLAMA 

CƏMİYYƏT

37

23.11.2026, 14:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Həcc ziyarəti üçün nəzərdə tutulan kvotanın 50 faizindən çoxu dolub.

Bu barədə Oxu24.com-a Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, bu il kvota, keçən ilki ilə müqayisədə, daha az nəzərdə tutulub.

Xatırladaq ki, həcc ziyarəti üçün ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır), şəxsiyyət vəsiqəsinin surəti,
5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda),
sağlamlıq haqqında arayış tələb olunur.

Sənədlərin qəbulu iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.

Qeyd edək ki, bu il Həcc ziyarətinə sənəd qəbulu sentyabrın 24-ü başlayıb.