Qaynar xətt:

(+99450) 247 90 86

Prezident İlham Əliyev Trampa təşəkkür edib 

Prezident İlham Əliyev Trampa təşəkkür edib 

SİYASƏT

52

23.11.2026, 16:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa TRIPP layihəsinin işə salınması münasibətilə ona ünvanladığı xoş sözlərə görə təşəkkür edib.

Oxu24.com  xəbər verir ki, Prezident İlham Əliyev bu barədə “X” hesabında paylaşım edib.

“Əziz Prezident Donald Tramp, "Trump Route for International Peace and Prosperity" layihəsinin işə salınması münasibətilə mənə ünvanladığınız xoş sözlərə görə səmimi təşəkkürümü bildirmək istəyirəm”, – dövlət başçısı qeyd edib.

Qeyd edək ki, bu gün Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp TRIPP layihəsinə start veriblər. Donald Tramp isə layihənin həyata keçirilməsinə görə Paşinyana və Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.