Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
23 Noyabr 2026, 12:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
51
23.11.2026, 13:08
Məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırması prosesinə hazırlıq məqsədilə sınaq imtahanları keçiriləcək.
Bu barədə Oxu24.com-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, noyabrın 24-də dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırması prosesinə hazırlıq məqsədilə sınaq imtahanları keçiriləcək. Proses "Microsoft Teams" platforması üzərindən onlayn formada, saat 15:00-dan etibarən başlayacaq və iştirak növbəti 24 saat ərzində aktiv olacaq. 120 dəqiqə davam edəcək sınaq imtahanında ümumilikdə 60 sual təqdim olunacaq.
Suallar məktəbəqədər təhsilin məzmunu və metodikası, uşaq və yaş psixologiyası istiqamətlərini əhatə edəcək. İmtahan zamanı səhv cavablar yekun nəticəyə təsir göstərməyəcək və hər bir namizədə sınaqda yalnız bir dəfə iştirak etmək imkanı veriləcək.
Sualların əhatə etdiyi sahələr və mövzularla bağlı ətraflı məlumat "Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılmasının qiymətləndirilmə çərçivəsi" sənədində öz əksini tapıb.
Qeyd edək ki, sertifikatlaşdırma prosesi məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının obyektiv qiymətləndirilməsi məqsədini daşıyır.
12:56 / 23 Noyabr 2026
205
12:48 / 23 Noyabr 2026
204
12:44 / 23 Noyabr 2026
65
12:38 / 23 Noyabr 2026
75
12:33 / 23 Noyabr 2026
84
12:26 / 23 Noyabr 2026
134
12:25 / 23 Noyabr 2026
76
12:17 / 23 Noyabr 2026
84
12:03 / 23 Noyabr 2026
96
11:51 / 23 Noyabr 2026
99
11:48 / 23 Noyabr 2026
98
11:45 / 23 Noyabr 2026
225
11:26 / 23 Noyabr 2026
109
11:24 / 23 Noyabr 2026
113
11:21 / 23 Noyabr 2026
133
11:12 / 23 Noyabr 2026
134
11:00 / 23 Noyabr 2026
126
10:50 / 23 Noyabr 2026
164
10:48 / 23 Noyabr 2026
467
10:34 / 23 Noyabr 2026
147
10:33 / 23 Noyabr 2026
120
10:29 / 23 Noyabr 2026
125
10:26 / 23 Noyabr 2026
147
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.