Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
1871
29.03.2022, 15:41
"Vətən müharibəsi zamanı Sərhəd Qoşunlarında AN-2 təyyarələrilə düşmən üzərinə plan qurulmuşdu. Hədəf Hava Hücumundan Müdafiə (HHM) sistemləri olan S-300 raketlərinin yerini təsbit etmək idi.
Buna görə də bizə tapşırıq gəldi ki, düşmənin HHM sistemlərinin yerinin təsbit edilməsi və hətta bu olmasa belə təyyarələrin konkret olaraq hədəflərə çırpılması nəticəsində böyük partlayış və dağıntıların yaradılması, eləcə də düşmən tərəfinin itkilər verməsi məqsədilə nə hazılaya bilərik?
Bizim mütəxəssislərimiz də aviasiya bombalarında partlayıcı mexanizmləri dəyişməklə, ora elektron partlayıcı qurğuları yerləşdirməklə və məişətdə istifadə olunan maddələrdən istifadə etməklə əldədüzəltmə partlayıcı qurğular hazırlamaq qərarına gəldilər".
Oxu24.com xəbər verir ki, bu barədə İctimai televiziyanın efirində yayımlanan "Görünməyən qəhrəmanlar - DTX" adlı sənədli filmdə səsləndirilib.
"Vaxtımız çox az idi deyə, altı gün ərzində demək olar ki, fasiləsiz olaraq biz o qruğuları hazırlayıb təhvil verdik. 20 ədəd AN-2 təyyarəsinin hərəsinə 260 kq həcmində partlayıcı qurğular hazırlanmışdı. Bu partlayıcı qurğular hazırlanzdan öncə bunun testini apardıq və partlama mexanizmini yoxladıq ki, Dövlət Sərhəd Xidmətinin pilotları bu qurğulardan istifadə edən zaman heç bir təhlükə ilə rastlaşmasınlar. Bir təyyarəyə, təxminən, 260 kq çəki dərəcəsində əldədüzəltmə partlayıcı qurğular yerləşdirilmişdi. Bu da ümumilikdə, beşmərtəbəli yaşayış binasının tam dağıtmaq gücünə malikdir. AN-2 təyyarələrini birinci partlayışda gördükdən sonra HHM sistemlərinə aid olan raketlərdən istifadə edib-etməməklə bağlı tərəddüd etdilər.
Amma sonradan gördülər ki, partlayışın gücü və dalğası çox böyükdür və itkilər verirlər. Bununla da HHM sistemlərindən istifadə edib-etməməklə bağlı çaşqın vəziyyətdə qalmışdılar. Çünki düşünürdülər ki, təyyarələr məhv edilsə, HHM sistemlərinin yerləri təsbit olunacaq, amma təyyarələr məhv edilməsə, itkiləri olacaq. Beləliklə, əməliyyat planımız hazırlandığı kimi tam yerinə yetirildi. 20 təyyarədən 19-u tam olaraq hədəfə getdi", - filmdə bildirilib.
16:37 / 01 Noyabr 2026
45
16:29 / 01 Noyabr 2026
116
16:23 / 01 Noyabr 2026
62
16:18 / 01 Noyabr 2026
108
16:14 / 01 Noyabr 2026
119
16:10 / 01 Noyabr 2026
68
15:58 / 01 Noyabr 2026
359
14:19 / 01 Noyabr 2026
88
12:12 / 01 Noyabr 2026
132
12:03 / 01 Noyabr 2026
653
11:35 / 01 Noyabr 2026
139
11:09 / 01 Noyabr 2026
2280
11:03 / 01 Noyabr 2026
337
11:01 / 01 Noyabr 2026
128
11:00 / 01 Noyabr 2026
106
10:07 / 01 Noyabr 2026
556
09:05 / 01 Noyabr 2026
135
23:55 / 31 Oktyabr 2026
5305
23:52 / 31 Oktyabr 2026
504
23:44 / 31 Oktyabr 2026
715
23:22 / 31 Oktyabr 2026
166
22:59 / 31 Oktyabr 2026
362
22:32 / 31 Oktyabr 2026
2788
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.