Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63940
az

Bakıda məşhur klubda mühafizəçinin müştərini niyə öldürdüyü məlum olub - ŞOK DETALLAR

17:5018 Yanvar, 2022
854
ÖZƏL BÖLÜM
  • A

Bakıda məşhur iş adamı Ceyhun Həsənova məxsus "Beerlin Pub"da müştərini döyərək öldürən mühafizəçi Orxan Şahbazov cinayətin necə baş verdiyini danışıb.

Oxu24.com xəbər verir ki, “Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, o, istintaqa ifadəsində deyib ki, əvvəlcə Vüqar Mustafayevlə birgə gələn dostunun ayağında corab olmadığı üçün onları obyektə buraxmayıb. Daha sonra isə paba qızsız gəldikləri üçün onları obyektdən kənarlaşdırmağa çalışıb. Nəticədə tərəflər arasında yaranan mübahisə ölümlə nəticələnib.

O.Şahbazov Vüqar Mustafayevi qəsdən öldürmədiyini bildirib:

“Bir ildir “Vətən-N” mühafizə xidmətində işləyirəm. 10 gün olardı ki, xidmətin alay komandiri Emil İsgəndərov məni və Elşən Quliyevi “Beerlin Pub”a işləməyə göndərdi. Hər gün saat 7-dən 12-ə kimi obyektdə mühafizəni təşkil edirdik. Kafenin müdiri mənə demişdi ki, səliqəsiz geyimdə olan, corabsız başmaq geyinən, problem yaratmağa meyilli olan və içəri dolu olduğu halda rezervsiz gələn müştəriləri obyektə buraxmayım. Hadisə günü də Vüqar 2 dostu ilə birlikdə paba gəldi. Dostu Ramil corab geyinməmişdi buna görə də onu içəri buraxmadım. Ramil digər dostu Valehin corabını geyindikdən sonra onları obyektə buraxdım.

Amma 4-5 dəqiqə sonra gördüm ki, mühafizəçi Elşən həmin 3 nəfəri çölə çıxarır. Elşən sakitcə mənə dedi ki, menecer Sevinc xanım deyir ki, Vüqargilin rezerv etdiyi stol başqasına verilib, hazırda boş yer yoxdur. Elşən dedi ki, onlar yanlarında xanım olmadan gəldikləri üçün içəri buraxmayım”.

Bundan sonra Orxan Şahbazov həmin üç dosta vəziyyəti izah edərək “pub”ı tərk etmələrini tələb edib: “Dedim ki, “üzrlü hesab edin, sabah sizi yüksək səviyyədə qarşılayarıq”. Lakin aralarından Valeh Muxtarov əsəbi və jarqonlarla danışmağa başladı. Dedi ki, “biz rezerv edib gəlmişiksə, deməli oturacağıq”, ardınca üstümə gəlib “ə sən bık zadsan?” ifadəsini işlətdi. Mən Valehə iradımı bildirsəm də, o, yenə kobud danışmağa davam etdi. Mən də əsəbiləşib onun sifətinə yumruqla vurdum. Daha sonra arxa tərəfdən kimsə çiynimə toxundu. Ani olaraq arxaya çevrilib Vüqarı gördüm və onun məni vuracağını düşünüb Vüqarın sifətinə yumruqla vurdum. Onun yerdə yıxılıb qaldığını görüb nəsə olacağından qorxdum və ordan uzaqlaşdım. Səhəri gün günorta Bakı Şəhər Baş Polis İdarəsinə gedib könüllü təslim oldum”.

Orxan Şahbazov özünü təqsirli bilməyib. Zərbənin təsirindən Vüqarın arxaya gedib dibçəyə dəyəcəyini və pilləkənin başından aşağı yıxılacağını düşünmədiyini deyib.

Qeyd edək ki, Orxan Şahbazov ötən il avqustun 29-da "pub"a gələn müştəri Vüqar Mustafayevi başından vuraraq ölümünə səbəb olmaqda təqsirli bilinir. Hazırda onun cinayət işinı Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

O.Şahbazov uzun illər fitness-məşqçi kimi fəaliyyət göstərib və sosial şəbəkələrdə tanınan şəxs olub. Bundan başqa Şahbazov bir sıra məşhur simaların özəl mühafizəçisi işləyib. Qətlə yetirilən Vüqar Mustafayev isə uzun müddət Ukraynanın Azərbaycandakı Səfirliyinin əməkdaşı işləyib. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məhkəmə Xoşqədəmlə bağlı qərar çıxardı
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Məşhur futbolçu saxlanılıb