Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86ÖZƏL BÖLÜM
2825
04.05.2021, 09:03
“ “Xankəndi Azərbaycanın nəzarətinə keçəcək” cümləsi Qarabağ separatçılarını və Ermənistandakı siyasətçiləri qorxudub. Ermənilər iddia edirlər ki, 10 noyabr bəyanatında Xankəndinin Azərbaycana qaytarılmasıyla bağlı bənd yoxdur. Ona görə də də guya Xankəndi rəsmi Bakının tabeçiliyinə verilə bilməz. Belə bir bənd bəyanatda yoxdursa, erməni separatçıları niyə narahat olublar”?
Oxu24.com xəbər verir ki, bu açıqlamanı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu edib. Siyasi şərhçi deyir ki, erməni separatçılarının narahatlığı üçün əsaslar kifayət qədərdir:
Elxan Şahinoğlu Köçəryana: “Gücünüz qalıbsa, göstərin...”
“Birincisi, Azərbaycan qarşısında qoyduğu hədəfin böyük hissəsinə çatıb. Azərbaycan ordusu işğal altındakı ərazilərin böyük hissəsini azad edib. Ancaq Azərbaycan yerdə qalan hədəflərə də çatmalıdır. Misal üçün prezident İlham Əliyev də qeyd edib ki, “biz Xocalıya qayıdacağıq”. Bu o deməkdir ki, Azərbaycan istənilən vasitə ilə Xocalını işğaldan azad etməyi qarşısına məqsəd qoyub. Bunu erməni separatçıları da anlayırlar. Azərbaycan hərbçiləri Xocalıya daxil olduqdan sonra Xankədinin mühasirəsi daralacaq. Bunu da erməni separatçıları anlayırlar.
İkincisi, erməni informasiya saytları son zamanlar belə xəbərlər yayırlar ki, Azərbaycan ordusunun bölmələr Qarabağın müxtəlif istiqamətlərində postlarını irəli çəkirlər. Yəni Azərbaycan ordusu Qarabağda tədricən irəriləyir. Bu Azərbaycanın haqqıdır. 10 noyabr bəyanatı o demək deyil ki, biz əldə etdiyimizlə kifayətlənməliyik, harda mümkündürsə postlarımızı iləri çəkməliyik”.
Elxan Şahinoğlu bildirdi ki, Qarabağdakı erməni separatçıları indiki şərtlər altında Azərbaycan ordusunun irəriləməsinə mane ola bilməyəcək. Ona görə də erməni separatçıları yeganə həll yolunu Ruaiyanın bu prosesin qarşısını almaqda görürlər.
Həmçinin oxuyun
Dağlıq Qarabağ separatçılarından təxribat: Bako Saakyan təmas xəttinə gəldi
“Erməni separatçıları istəyirlər ki, Azərbaycan ordusunun yenə əraziləri nəzarət altına almasına Rusiyanın bölgədəki hərbçiləri mane olsunlar. Əlbəttə, rusiyalı hərbçilərinin Qarabağda saylarının artmasıyla bağlı şübhələr var. Halbuki, 10 noyabr bəyanatına görə Qarabağda rusiyalı hərbçilərin Qarabağdakı sayı 1960 nəfər olmalıdır. Ancaq hətta sayın artıq olduğunu fərz etsək, rusiyalı hərbçilər Qarabağdakı təmas nöqtələrinin tamamına nəzarət edə bilmirlər. Erməni separatçılarını qorxudan amillərdən biri də budur. Digər tərəfdən erməni separatçıları ondan da qorxular ki, Rusiya hakimiyyəti Azərbaycan və Türkiyə ilə tərəfdaşlığa zərər verməmək üçün Qarabağda rəsmi Bakının hansısa istəklərini yerinə yetirə bilər.
Rusiya və Türkiyə rəsmilərinin tez-tez görüşmələri və fikir mübadilələri aparması də erməni separatçılarını narahat edir. Bakı ilə Ankara Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın bu ay Şuşaya səfərinə ciddi hazırlaşır. Bu hazırlıqların arxasında Azərbaycan - Türkiyə ittifaqının Qarabağda da möhkəmləndirilməsi dayanır. Bu prosesə Moskva mane ola bilməyəcək. Misal üçün Kremlin əlində Türkiyənin Şuşada konsulluq açmasına və ya Türkiyənin Şuşada hərbi qarnizon yerləşdirməsinə qarşı alətləri yoxdur”.
İrəvan Ərdoğanın Şuşaya gəlişinə baş nazir səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyanın Laçın dəhlizi üzərindən Xankəndiyə gəlişi ilə cavab verə biləcəyini deyən siyasi şərhçi xüsusilə vurğuladı ki, Paşinyan anlamalıdır ki, seçki öncəsi Xankəndiyə gələrsə Qarabağ erməniləri keçmiş dövrlərdən fərqli olaraq onu bu dəfə gül-çiçəklə qarşılamayacaqlar. Çünki, Paşinyanın Xankəndiyə gəlişini Moskva da istəməz.
“Bu hal həm Qarabağda, həm də azərbaycanlılarla ermənilərin arasında dayanan rusiyalı hərbçilərin problemlərini artırar. Onsuz da Azərbaycanda ən çox səslənən tələblərdən biri budur ki, Laçın dəhlizi nəzarət altına alınmalıdır.
Aydındır ki, Rusiya Gürcistinda, Moldovada və Ukraniyada formalaşdırdığı separatçı bölgələr vasitəsilə “parçala vö hökm sür” siyasətini həyata keçirir. Rusiyanın Qarabağda hərbçilərinin yerləşdirilməsinin məqsədi də budur. Ancaq Rusiyanın Qarabağda hərbi varlığının Moskva üçün çətinlikləri də var. Moskva erməni separatizminin ayaqda qalmasına çalışaraq Qarabağın tamamının Azərbaycanın nəzarətinə keçməsini istəməsə də, Bakı ilə Ankaranın Qarabağda birgə atacağı addımları neytrallaşdırmaqda çətinlik çəkəcək. Moskvada onu da anlayırlar ki, Qarabağda separatizmin yox edilməsinin əngəllənməsi Azərbaycan və Türkiyə ilə indiki tərəfdaşlıq münasibətlərinı poza bilər”.
00:02 / 12 İyul 2025
Tovuz döyüşlərindən 5 il ötür
8
23:56 / 11 İyul 2025
70 qəpiyə satılan "ölüm içkiləri"
3
23:54 / 11 İyul 2025
Dünyanın ən nadir qan qrupu kəşf edildi
14
23:51 / 11 İyul 2025
Pensiyalar bu tarixdə tam ödəniləcək - RƏSMİ
16
23:27 / 11 İyul 2025
Əri faciəvi şəkildə öldü, adı Səyavuş Aslanla hallandı... - Təranə Vəlizadə kimdir?
227
23:21 / 11 İyul 2025
Youtube rusların pulunu kəsdi
19
23:14 / 11 İyul 2025
Çimərlikdə hava necə olacaq?
61
22:51 / 11 İyul 2025
Sürücülük vəsiqələri ilə bağlı VACİB XƏBƏR
394
22:49 / 11 İyul 2025
Otağa niyə girdiyinizi unudursunuzsa... - Elmi səbəbi açıqlandı
78
22:35 / 11 İyul 2025
Bu ərazidə qaz olmayacaq
66
22:23 / 11 İyul 2025
SON DƏQİQƏ! Ukrayna Moskvada mühüm mərkəzi vurdu
807
22:22 / 11 İyul 2025
Əmək Məcəlləsinə maaşla bağlı dəyişiklik edildi - 6 ay müddətində...
40
21:57 / 11 İyul 2025
Fransa İlon Maskın sosial şəbəkəsini araşdırır
37
21:46 / 11 İyul 2025
Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı
1742
21:43 / 11 İyul 2025
Rusiyada miqrant "ovu" davam edir
48
21:38 / 11 İyul 2025
Slovakiya Aİ-nin Rusiyaya qarşı sanksiyalarını yenidən bloklayır
43
21:33 / 11 İyul 2025
ABŞ Kiyevə 500 milyon dollarlıq hərbi yardımı təsdiqləyib
38
21:27 / 11 İyul 2025
Cütlüyü bal ayında ildırım vurdu – gəlin öldü - FOTO
121
20:55 / 11 İyul 2025
Merz Rusiyadan Ukraynaya 500 milyard avro köçürməsini tələb edir
97
20:53 / 11 İyul 2025
Xəbərdarlıq: Sabah günorta saatlarında evdən çıxmayın!
306
20:35 / 11 İyul 2025
"Zara"nın qurucusu Parisdə 5 ulduzlu hotel aldı - FOTO
157
20:17 / 11 İyul 2025
Aİ Azərbaycan və Ermənistan arasında sülh prosesini diqqətlə izləyir
101
19:27 / 11 İyul 2025
Prezident Ərdoğan Somali prezidenti Məhəmmədlə görüşüb
68
19:15 / 11 İyul 2025
Moskva bazarında azərbaycanlılar saxlanılıb - VİDEO
350
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.