Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
3868
17.11.2020, 12:26
Ermənistanın Azərbaycan ərazilərində olan silahlı bölmələrinin bəzi qrupları bölgəni boşaltmaqdan imtina edirlər.
Oxu24.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Erməni əsgərlərin Dağlıq Qarabağ bölgəsinin meşəlik ərazilərində gizləndikləri bildirilib. Silahlılar Rusiya sülhməramlılarına müqavimət göstərirlər və silahı yerə qoymurlar. Bu səbəbdən, Laçın, Kəlbəcər və Ağdam rayonlarına əlavə qüvvələr cəlb olunub. Bəzi Rusiya və Ermənistan mənbələrinin yaydığı məlumatlarda bildirilir ki, özlərini “Smertnik” adlandıran bəzi silahlı qruplar erməni rahibləri ilə birlikdə Kəlbəcərdəki kilsəyə girdikləri və “Burada öləcəyik” şuarı ilə əsgərlərə tabe olmurlar.
İddialara görə, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə əsgərlərin ona tabe olmaqdan imtina etməsi ilə bağlı şikayətlənib. Paşinyanın Putinlə telefon danışığında əsgərlərin və zabitlərin onu dinləmədiyini, tabe olmaq istəmədiklərini bildirib. Baş nazir Vladimir Putindən kömək istəyib.
Qeyd edək ki, ötən gün Rusiya sülhməramlılarının Ağdam rayonunda ərazini tərk etmək istəməyən erməni silahlıları mühasirəyə aldığı barədə görüntülər yayılmışdı. Həmin görüntülərdə sülhməramlı əsgərlərin erməni silahlılara ərazini tərk etmələri ilə bağlı xəbərdarlıqlar edildiyi öz əksini tapıb. İddialara görə, Ağdam ərazisində silahlılarla sülhməramlılara arasında atışma baş verib və hər iki tərəfdən itkilər var.
Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı birgə bəyanata əsasən, Ermənistan ordusu dekabrın 1-nə qədər Azərbaycanın işğal altında olan bütün ərazilərindən çıxmalıdır.(Missiya.az)


19:21 / 25 May 2026
17
19:12 / 25 May 2026
19
18:21 / 25 May 2026
64
18:08 / 25 May 2026
82
17:58 / 25 May 2026
78
17:51 / 25 May 2026
74
16:54 / 25 May 2026
134
16:49 / 25 May 2026
333
16:46 / 25 May 2026
97
16:40 / 25 May 2026
90
16:36 / 25 May 2026
170
16:33 / 25 May 2026
105
16:21 / 25 May 2026
452
15:35 / 25 May 2026
103
15:27 / 25 May 2026
100
15:06 / 25 May 2026
147
15:01 / 25 May 2026
117
14:55 / 25 May 2026
113
14:47 / 25 May 2026
425
14:42 / 25 May 2026
132
14:37 / 25 May 2026
83
14:25 / 25 May 2026
125
14:20 / 25 May 2026
1697
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.