Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
1711
23.04.2020, 16:53
“Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi(VÖEN) passiv olan şəxslər üçün birdəfəlik ödəmənin alınmasında heç bir məhdudiyyət yoxdur”.
Bu fikirləri koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan və adına VÖEN olan şəxslərə birdəfəlik müavinətlərin verilməsindən imtina edilməsi ilə bağlı yaranan bəzi anlaşılmazlıqlara İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəis müavini Namiq Dərgahov aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) hüquqi və ya fiziki şəxsin vergi ödəyicisi olduğunu təsdiq edən sənəddir.
“Vergi ödəyicilərinin uçotu onlara dövlət vergi orqanları tərəfindən verilmiş VÖEN əsasında aparılır. VÖEN aktiv və ya passiv ola bilər. Vergi ödəyicisi fəaliyyətini dayandırırsa, onun VÖEN-i passivləşdirilir. Aktiv VÖEN şəxsin vergi ödəyicisi kimi fəaliyyət göstərdiyinin və gəlir əldə etmək imkanının olduğunu, passiv VÖEN isə fəaliyyətini dayandırdığının və sahibkar kimi gəlir əldə etmədiyinin göstəricisidir.
Həmçinin oxuyun
Onun sözlərinə görə, birdəfəlik ödəmələrin verilməsi üçün fiziki şəxsin adına olan passiv VÖEN-in ləğvini tələb etməyin heç bir hüquqi əsası yoxdur:
“Vətəndaşın VÖEN-nin olması onun avtomatik olaraq gəlir, qazanc əldə etməsi kimi başa düşülməməlidir. Bunun üçün fəaliyyət göstərmək, işləmək lazımdır. Yardım və ya ödəniş verilərkən onu almaq istəyən şəxsin hansısa sənədinin və ya nömrəsinin olub-olmaması yox, onun gəlirinin, qazancının olub-olmaması, aztəminatlı olub-olmaması əsas kimi götürülməlidir.Bir daha sahibkarların nəzərinə çatdırılır ki, onlar İnternet Vergi İdarəsində olan şəxsi kabinetlərinə daxil olmaqla müvafiq ərizə formasını dolduraraq təqdim etməlidirlər. Həmin müraciətlər araşdırıldıqdan sonra göstəriciləri Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə uyğun gələn vergi ödəyicilərinə ödənişlərin həyata keçirilməsi təmin olunacaq.
01:34 / 07 May 2026
46
00:58 / 07 May 2026
61
00:01 / 07 May 2026
75
23:48 / 06 May 2026
230
23:45 / 06 May 2026
71
23:41 / 06 May 2026
61
23:34 / 06 May 2026
55
23:30 / 06 May 2026
3114
23:29 / 06 May 2026
373
23:29 / 06 May 2026
91
23:27 / 06 May 2026
201
23:20 / 06 May 2026
113
23:16 / 06 May 2026
67
23:08 / 06 May 2026
71
23:02 / 06 May 2026
73
23:00 / 06 May 2026
187
23:00 / 06 May 2026
128
22:46 / 06 May 2026
298
22:45 / 06 May 2026
65
22:24 / 06 May 2026
181
22:23 / 06 May 2026
171
22:12 / 06 May 2026
76
21:59 / 06 May 2026
260
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.