Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85587
az

Gündə 2 Mixək Yeyin - Bir Həftədən Sonra görün nə olacaq (VİDEO)

11:0226 Mart, 2023
1769
OXU24 TV
  • A

Mixək yeməklərə və içkilərə  qatılan ədviyyat kimi məşhurdur. O, bu məşhurluğunu qeyri-adi, özünəməxsus ətrinə borcludur.  Mixəyin insan orqanizminə olan faydaları danılmazdır. Sadəcə, ondan istifadə edərkənüəyyən şərtlərə əməl etmək lazımdır.  Tibbi məqsədlə istifadə edilən mixək bəzən orqanizmd mə arzuolunmaz nəticələrə səbəb olur. Necə? Sualın cavabı videoda.

Sərbəst radikallarla savaşmaqda, immuniteti möhkəmləndirməkdə orqanizmin  köməkçisi olan mixək antioksidantlarla zəngindir. Metabolizmanın sürətlənməsi.  orqanların böyüməsi və inkişafı üçün vacib olan manqan da daxil olmaqla, xeyli sayda minerala malikdir. 1 çay qaşığı mixəkdə, sadəcə, 6 kalori var. Həmçinin 1 çay qaşığı mixəkdə 1 qram lif olduğu da sübut edilib.

Mixək sümüklərin sağlamlığı üçün də faydalıdır; osteoporozun meydana çıxmasına mane olur. Qadın orqanizmi osteoporoza qarşı daha həssasdır. Yaş artdıqca sümüklərinin qayğısına qalmaq hər bir insanın borcudur.  Mixəkdəki manqan sümükləri gücləndirir. Təbii şəkildə qəbul edilən manqan sümüklərin böyüməsinə,  sümük sıxlığının artmasına və illər boyunca sağlam qalmasına kömək edir.

Hər nə qədər faydalarından danışsam da, qeyd etməliyəm ki, mixəkdən istifadənin təməlində onun tərkibi deyil, qoxusu durur. Ağız dadı üçün yeməklərə və içkilərə qatılan mixək Hindistan milli mətbəxinin ayrılmaz hissəsidir. 

Elmi araşdırmalar sübut edib ki, mixək şişlərin böyüməsini yavaşladır. Yeməklərinizə az miqdarda mixək əlavə etməklə,  orqanizminizə xəstəliklərlə mübarizə aparmaqda dəstək ola bilərsiniz. Bununla belə, bəzi tədqiqatçılar mixəyin uşaqların rasionundan çıxarılmasını tövsiyə edirlər. Səbəb kimi də, mixəyin qaraciyəri gücə saldığını göstərirlər.

Haqqında danışılan təzadlı fikirləri nəzərə alaraq, demək olar ki, mixək də, digər qidalar kimi, ölçülü, nizamlı şəkildə istifadə edilməlidir. Tibbi araşdırmalardan biri məhz bu fikri təsdiqləyib: həmin tədqiqat zamanı məlum olub ki, mixək qaraciyər sirrozunu aradan qaldırmaq qabiliyyətinə malikdir.

Ağız boşluğunun sağlamlığının qeydinə qalan mixək, eyni zamanda, bağırsaq çöplərinin (escherichia coli) səbəb olduğu qida zəhərlənməsindən də qoruyur.  O, buna bakteriyaöldürücü xüsusiyyəti sayəsində nail olur.

Tərkibində mixək, yaxud mixək yağı olan pəhriz proqramı II tip diabet xəstəliyinə tutulma riskini azaldır. Mixək qəbulu qanda şəkərin səviyyəsini nizamlayır, insulin ifrazını artırır, insulinlə əlaqədar olan hüceyrə funksiyasını yaxşılaşdırır. 

Mixəyin insan xəstəliklərinin “ən qocası” sayılan mədə xorasının əmələ gəlməsinə mane olduğu da elmi araşdırmalar sayəsində aşkarlanıb. Mütəxəssislər bu qənaətdədirlər ki, mədə problemi olanlar mixəyi olduğu kimi deyil, mixək yağı qəbul etsələr, daha yaxşı olar.

Ağrıyan dişə mixək əzib qoymaq ən qədim tibbi müdaxilələrdən sayılır. Bu üsulun diş ağrısına son qoymasını kimsə inkar edə bilməz. Ağızdakı səpkilərdən yaxa qurtarmaq üçün mixək çeynəmək, ağrıyan dişə bir-iki damcı mixək yağı damızdırmaq da ədviyyatın tibbi məqsədlə istifadə üsullarındandır.

Mövsümündən asılı olaraq, bəzi ağacların tozu, çiçəkləri, hətta qabığı belə, insan dərisində allergik reaksiya yaradır.  Qaşınan, qızaran, acışan nahiyəyə çəkilən mixək yağı problemin ən qısa və əlçatan həllidir.

Uzun müddət yataqda yatan xəstələrin bədənlərində əmələ gələn “yataq yaraları”na da mixək yağı sürtmək olar. Yaraları tam sağaltmasa da, onların sürətlə genişlənməsinə, daha çox nahiyəyə yayılmasına mane olur.

Mixək yağı orqanizmə daxil olan bakteriya və viruslara qarşı güclü antiseptik təsir göstərir və ondan bir sıra virus xəstəlikləri və soyuqdəymə zamanı istifadə edilir. Mixək yağı ağız boşluğunun selikli qişası və diş ətinin qidalanmasını yaxşılaşdırmaq, regenerasiyasını artırmaq, iltihab əleyhinə təsir göstərmək xüsusiyyətlərinə malik olduğuna görə stomatologiyada geniş tədbiq edilir. Açıq sinir uclarına keyidici təsir göstərdiyinə görə mixək yağı diş ağrıları zamanı olduqca müsbət nəticə verir. Bəzən ondan müvəqqəti diş dolğusu kimi istifadə edilir.

Sarımsaq və soğan kimi qidaların istifadəsindən sonra ağızda xoşagəlməz iyin qarşısını almaq xüsusiyyəti var. Yeməkdən sonra mixək çeynəmək kariesdən qoruyan ən təsirli vasitələrdən biri hesab edilir.

Mixək efir yağı daxilə qəbul zamanı patogen mikroorqanizmlərlə yanaşı bağırsaq qurdlarını və göbələkləri də məhv edir, həzmi yaxşılaşdırır, qazqovucu təsir göstərir, güclü hıçqırıq zamanı diafraqma əzələlərində olan qıcolmaları aradan qaldıraraq vəziyyəti yüngülləşdirir.

Mədə-bağırsaq sisteminin selikli qişasına güclü qıcıqlandırıcı xüsusiyyətlərinə görə hiperasid qastrit, duodenit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyindən əziyyət çəkənlər rasionda mixəyi azaltmalı və ya tamamilə çıxarmalıdırlar. 2 yaşına qədər uşaqlarda istifadə etmək olmaz. Uşaqlıq əzələlərinin tonusunu artırdığına görə hamilə qadınlar istifadə etməməlidir. Hipertoniyadan əziyyət çəkənlərin də ondan istifadə etməsi də məsləhət deyil.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramvay yandı - VİDEO
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü