Kim Çen İnın beyin qanaması keçirdiyi və komada olduğu iddia edilir
19 Oktyabr 2026, 23:56
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1194
15.07.2025, 09:40
Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski Baş nazirin birinci müavini Yuliya Sviridenkonun hökumətə başçılıq etməsini təklif edib.
Oxu24.com-un məlumatına görə, Zelenski artıq 39 yaşlı xanım diplomatla görüşüb və onunla Ukraynanı dəstəkləmək üçün avropalı və amerikalı tərəfdaşlarla müqavilələrin icrasını müzakirə edib.
Amma Zelenskinin bu təklifi reallaşması üçün tərəfindən də təsdiqlənməlidir.
Xarici KİV-də yayılan məlumatlara görə, əgər bu baş verərsə, hazırkı Baş naziri Denis Şmıqal müdafiə naziri, onun sələfi Rüstəm Umerov isə Ukraynanın ABŞ-dəki səfiri olacaq
Maraqlısı isə budur ki, Yuliya Sviridenko bu posta yiyələndiyi halda adaşı, fasilələrlə 2 dəfə Ukraynanın Baş naziri vəzifəsini tutmuş (red.- 24 yanvar 2005 – 8 sentyabr 2005 və 18 dekabr 2007 – 11 mart 2010) Yuliya Timoşenkodan sonra ölkənin növbəti qadın ali diplomatı olacaq.
Əlavə edək ki, Yuliya Sviridenko Çerniqovda doğulub. Kiyev Milli Ticarət və İqtisadiyyat Universitetini bitirdikdən sonra 2019-cu ildən İqtisadiyyat Nazirliyində rəhbər vəzifələrdə çalışıb.
2020-ci ilin dekabrından isə prezident aparatının rəhbəri Andrey Yermakın müavini olub. 2021-ci ilin noyabrında o, Ukraynanın iqtisadiyyat naziri və baş nazirinin birinci müavini postuna təyinat alıb.
Qeyd edək ki, 2020-ci ildən Ukrayna hökumətinə Denis Şmıqal başçılıq edir.
12:43 / 20 Oktyabr 2026
1
12:35 / 20 Oktyabr 2026
147
12:30 / 20 Oktyabr 2026
38
12:28 / 20 Oktyabr 2026
127
12:05 / 20 Oktyabr 2026
38
12:00 / 20 Oktyabr 2026
41
11:55 / 20 Oktyabr 2026
41
11:50 / 20 Oktyabr 2026
40
11:43 / 20 Oktyabr 2026
126
11:26 / 20 Oktyabr 2026
328
11:25 / 20 Oktyabr 2026
52
11:21 / 20 Oktyabr 2026
60
11:19 / 20 Oktyabr 2026
90
11:13 / 20 Oktyabr 2026
585
11:10 / 20 Oktyabr 2026
67
11:07 / 20 Oktyabr 2026
106
11:04 / 20 Oktyabr 2026
81
10:49 / 20 Oktyabr 2026
788
10:37 / 20 Oktyabr 2026
251
10:35 / 20 Oktyabr 2026
83
10:28 / 20 Oktyabr 2026
95
10:20 / 20 Oktyabr 2026
90
10:18 / 20 Oktyabr 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.