Kim Çen İnın beyin qanaması keçirdiyi və komada olduğu iddia edilir
19 Oktyabr 2026, 23:56
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1777
15.07.2025, 14:15
İsrail Suriya silahlı qüvvələrinin Suveyda əyalətindəki druz yaşayış məntəqələrinə hücumlarına cavab olaraq onları vuracaq.
Oxu24.com xəbər verir ki, bu barədə ölkənin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
İsrail Suriya hakimiyyətinin druzlara qarşı hərəkətlərinin əvvəllər qəbul edilmiş və Suriyanın cənub bölgələrinə silahlı qüvvələrin yeridilməsinin qarşısının alınmasını nəzərdə tutan demilitarizasiya siyasətinin pozulması olduğunu vurğulayıb.
Netanyahunun ofisi qeyd edib ki, Suriyanın hərəkətləri İsrail üçün təhlükədir.
İyulun 13-də silahlı qruplar Suveyda əyalətinin bir sıra yaşayış məntəqələrinə hücum edib, nəticədə əyaləti Dəməşqlə birləşdirən yol da bağlanıb.
Mülki insanları qorumaq üçün druz özünümüdafiə dəstələri yaraqlılarla döyüşə girib.
Suriya Müdafiə Nazirliyinin məlumatına görə, toqquşmalar zamanı 30-dan çox adam ölüb, 100-dən çox insan yaralanıb. Bundan əlavə, Suriyanın keçid hökumətinin 20 döyüşçüsü xəsarətlər alıb.
May ayında bildirildi ki, İsrail və Suriya ikitərəfli münasibətləri nizamlamaq üçün bir neçə dəfə qeyri-ictimai danışıqlar aparıblar. İsrailin işğalı altında olan Suriyanın Əl-Kuneytra əyalətində ən azı bir görüş baş tutub.
Daha sonra Suriyanın cənubundakı Əs-Suveyda əyalətinin daxili təhlükəsizlik qüvvələrinin rəhbəri Əhməd əd-Dəlati İsraillə birbaşa təmaslarda iştirakı ilə bağlı məlumatları qəti şəkildə təkzib edib.
Nigar
11:43 / 20 Oktyabr 2026
1
11:26 / 20 Oktyabr 2026
89
11:25 / 20 Oktyabr 2026
30
11:21 / 20 Oktyabr 2026
44
11:19 / 20 Oktyabr 2026
56
11:13 / 20 Oktyabr 2026
266
11:10 / 20 Oktyabr 2026
51
11:07 / 20 Oktyabr 2026
61
11:04 / 20 Oktyabr 2026
60
10:49 / 20 Oktyabr 2026
615
10:37 / 20 Oktyabr 2026
177
10:35 / 20 Oktyabr 2026
69
10:28 / 20 Oktyabr 2026
84
10:20 / 20 Oktyabr 2026
79
10:18 / 20 Oktyabr 2026
67
10:16 / 20 Oktyabr 2026
70
10:11 / 20 Oktyabr 2026
68
10:10 / 20 Oktyabr 2026
71
10:06 / 20 Oktyabr 2026
73
10:00 / 20 Oktyabr 2026
79
09:55 / 20 Oktyabr 2026
78
09:43 / 20 Oktyabr 2026
1034
09:41 / 20 Oktyabr 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.