Azərbaycan bu ölkəyə başsağlığı verdi
15 Avqust 2026, 21:17
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1341
15.07.2025, 10:32
ABŞ iki Qafqaz ölkəsi arasında uzun müddətdir dalana dirənmiş diplomatik danışıqların irəliləyişinə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında planlaşdırılan nəqliyyat dəhlizini öz üzərinə götürməyi təklif edib. Bunu ABŞ-nin Türkiyədəki səfiri Tom Barak bildirib.
Yenisabah.az middle east eye-a istinadla xəbər verir ki, mart ayında Ermənistan və Azərbaycan sülh sazişi layihəsi üzrə konsensus əldə etsə də, rəsmi Bakı sazişi imzalamazdan əvvəl bir neçə əlavə şərtdə israr edir.
“Azərbaycan İrəvandan tələb edir ki, digər şərtlərlə yanaşı, konstitusiyaya dəyişiklik edilsin. Əsas problemlərdən biri Azərbaycanı öz eksklavı olan Naxçıvanla Ermənistan ərazisi ilə vasitəsilə birləşdirəcək Zəngəzur dəhlizi adlanan layihədir”, - deyə Britaniya nəşri yazıb. Dördpendirli pizza
Təhlilin davamında qeyd edilib ki, Azərbaycan dəhlizin Ermənistanın tam nəzarətinə verilməməsinə təkid edir. Ermənistan isə marşruta nəzarətin hər hansı üçüncü tərəfə verilməsinin qəti əleyhinədir.
Uzunluğu 32 km olan dəhliz Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasında ciddi maneəyə çevrilib.
"Onlar 32 kilometr yol üzərində mübahisə edirlər, lakin bu, əhəmiyyətsiz məsələ deyil, - Barak Nyu-Yorkda keçirilən brifinq zamanı jurnalistlərə bildirib. - Amerika məsələyə müdaxilə edir və deyir: "Yaxşı, bu işin qulpundan biz yapışırıq. 32 kilometr yolu bizə 100 illik icarəyə verin".
Barakın şərhləri Tramp administrasiyasının neytral qarant rolunu oynayacaq özəl ABŞ kommersiya operatoru vasitəsilə dəhlizi idarə etmək təklifinin ilk rəsmi təsdiqidir.
“Carnegie Endowment”-in son hesabatında bu plan izah olunub: o, Avropa Birliyinin daha əvvəlki təklifi əsasında modelləşdirilib, ABŞ logistika firmasının marşrut boyunca yük tranzitinin idarə edilməsinə və monitorinqinə cavabdeh olacaq.
Türkiyə sakitcə Bakını sülh sazişini imzalamağa çağırıb və Azərbaycan rəsmilərinə İranın təsirinin azalması kimi regional dinamikanın dəyişməsini xatırladıb.
Danışıqlarla tanış olan regional mənbə Middle East Eye-a bildirib ki, dəhlizi idarə edən həm Ermənistan, həm də Azərbaycan tərəfindən bəyənilən özəl şirkət ideyasını əvvəlcə Türkiyə təklif edib.
“Lakin Ermənistan tərəfi şirkətdən dəhlizin Naxçıvan tərəfində də işləməyi tələb edib ki, bu da Bakı üçün qəbuledilməzdir”, - mənbə bildirib.
Türkiyə rəsmiləri Ermənistanı Türkiyəni birbaşa Orta Asiya ilə birləşdirəcək Orta Dəhlizdə mühüm halqa kimi görürlər. Türkiyə şirkətləri də Ermənistan daxilində potensial infrastruktur layihələrində iştirak etməyə can atırlar.
01:16 / 17 Avqust 2026
1
23:40 / 16 Avqust 2026
55
22:57 / 16 Avqust 2026
67
22:26 / 16 Avqust 2026
101
22:06 / 16 Avqust 2026
99
21:54 / 16 Avqust 2026
79
21:17 / 16 Avqust 2026
92
21:08 / 16 Avqust 2026
85
20:46 / 16 Avqust 2026
113
20:39 / 16 Avqust 2026
1181
20:33 / 16 Avqust 2026
445
20:19 / 16 Avqust 2026
81
19:56 / 16 Avqust 2026
98
19:40 / 16 Avqust 2026
98
19:29 / 16 Avqust 2026
128
15:05 / 16 Avqust 2026
132
14:20 / 16 Avqust 2026
140
14:12 / 16 Avqust 2026
430
13:55 / 16 Avqust 2026
143
13:45 / 16 Avqust 2026
438
13:40 / 16 Avqust 2026
1163
11:57 / 16 Avqust 2026
124
11:56 / 16 Avqust 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.