Azərbaycan üçün atılan böyük addımlar:Zəfər diplomatiyası və “Yumşaq güc” strategiyası necə qurulur? — TƏHLİL
12 Avqust 2026, 17:41
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1465
15.07.2025, 12:15
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Oxu24.com xəbər verir ki, başsağlığında deyilir:
“Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Doqquz il əvvəl – 15 iyul tarixində Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda şəhid olmuş bütün qardaş-bacılarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, ailələrinə və bütün xalqınıza dərin hüznlə başsağlığı verirəm.
Həmin gecə qardaş Türkiyə müasir tarixinin ən böyük qəhrəmanlıq salnaməsini yazdı. Mətin və mübariz xalqınız Türkiyə Respublikasının konstitusional və demokratik əsaslarını hədəfə alan qanlı çevriliş cəhdinə qarşı sinəsini sipər edərək Vətəninə, bayrağına və dövlətinə sahib çıxdı. Bu gün qürurla deyə bilərik ki, 15 İyul – “Demokratiya və Milli Birlik Günü” güclü və sarsılmaz iradənin, milli birliyin, həmrəyliyin və vətənpərvərliyin zəfərini qeyd edən əlamətdar tarixdir.
Xain çevriliş cəhdinin ilk anlarından etibarən Azərbaycan xalqı və dövləti qardaş Türkiyənin yanında olaraq öz dəstəyini və həmrəyliyini nümayiş etdirmişdi. Bu da növbəti dəfə “Bir millət iki dövlət” prinsipinin əyani təzahürü, qardaşlığımızın bariz nümunəsi idi.
Türkiyə dövlətinə qarşı yönəlmiş bu məkrli planın önlənməsi Sizin liderliyiniz, böyük fədakarlığınız və xalqınızın Sizin ətrafınızda sıx birləşməsi sayəsində mümkün olmuşdur. Qardaş ölkəniz bu ağır sınaqdan da üzüağ, alnıaçıq və daha da güclənmiş çıxaraq bütün dünyaya öz qüdrətini bir daha sübut etdi.
Siz hazırda da “Terrorsuz Türkiyə” hədəfinin reallaşması, gələcək nəsillərə təhlükəsiz, dinc və firavan ölkə miras qoymaq uğrunda qətiyyətlə və əzmlə çalışırsınız. Bu yaxınlarda PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı Sizin güclü siyasi iradənizin parlaq nəticəsi, milli birlik və həmrəyliyin təntənəsi oldu.
Əziz Qardaşım,
Bu gün Azərbaycan və Türkiyə gələcəyə doğru çiyin-çiyinə, inamla və uğurla irəliləyir. Ölkələrimizin sarsılmaz qardaşlığı, dünyada bənzəri olmayan birliyi və strateji müttəfiqliyi həm regionumuz, həm də bütün dünya üçün mühüm təhlükəsizlik, tərəfdaşlıq və inkişaf amilidir. Əminəm ki, tarixən bir-birinə dayaq olmuş qardaş xalqlarımızın iradəsindən, eləcə də Şuşa Bəyannaməsindən qaynaqlanan strateji müttəfiqliyimiz birgə səylərimizlə bundan sonra da daha da möhkəmlənəcək və dərinləşəcəkdir.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”.
22:04 / 12 Avqust 2026
1
21:53 / 12 Avqust 2026
31
21:19 / 12 Avqust 2026
68
21:12 / 12 Avqust 2026
58
21:02 / 12 Avqust 2026
64
21:00 / 12 Avqust 2026
331
20:44 / 12 Avqust 2026
52
20:33 / 12 Avqust 2026
363
20:19 / 12 Avqust 2026
77
20:18 / 12 Avqust 2026
270
20:16 / 12 Avqust 2026
61
20:14 / 12 Avqust 2026
69
19:45 / 12 Avqust 2026
68
19:40 / 12 Avqust 2026
70
19:15 / 12 Avqust 2026
74
19:05 / 12 Avqust 2026
1207
19:00 / 12 Avqust 2026
79
18:55 / 12 Avqust 2026
72
18:29 / 12 Avqust 2026
186
18:27 / 12 Avqust 2026
74
18:12 / 12 Avqust 2026
85
17:59 / 12 Avqust 2026
83
17:45 / 12 Avqust 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.