Aşıq Telli Borçalı sənətdən gedib?
12 Avqust 2026, 10:10
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
3209
09.07.2025, 22:04
Əməkdar artist Mehriban Xanlarova ATV kanalında yayımlanan "Bizimləsən" verilişinin efirində baş vermiş qalmaqalla bağlı paylaşım edib.Qeyd edək ki,efirdə əməkdar artistin iştirakçıya qarşı dediyi sərt sözlər birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri efirdə vətəndaşın belə aşağılanmasını tənqid ediblər.
Oxu24.com xəbər verir ki, gərginlik onunla efirə gələn yaşlı kişinin ailə üzləri arasında yaşanıb. Nəvəsi və nəticəsi studiyaya gələrək ev davası edir, guya babalarına görə can yandırırlar
"Mən uzun illərdir ki, sosial verilişlərdə ekspert kimi fəaliyyət göstərirəm. Bütün Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, mən heç vaxt haqsızlığa göz yuma bilmirəm. Biz bu verilişlərə ekspert olaraq qatılırıqsa, bu o demək deyil ki, büsbütün qüsursuzuq və həyatımızda səhvlər olmayıb. Əksinə, elə həyat təcrübəmiz, yaşadığımız acı və şirin hadisələr bizə imkan verir ki, studiyaya gələn insanlara düzgün yol göstərək, onlara nəsihət verək, bəzən isə birlikdə çıxış yolu axtaraq ki, həyatları puç olmasın.
Təəssüf ki, bəzən verilişə müraciət edən şəxslər bizdən mühüm məlumatları gizlədirlər. Daha sonra sosial şəbəkələr üzərindən bizə yazaraq bildirirlər ki, filan iştirakçı efirdə yalan danışıb. Biz bu yalanları üzə çıxaranda isə, onlara ləzzət etmir...
"Bizimləsən" verilişinə müraciət edən 86 yaşlı bir kişi hazırda ortada qalıb. Hətta onun üzərindən gələn xoşagəlməz qoxu bütün studiyanı bürüyür. Nəvəsi və nəticəsi studiyaya gələrək ev davası edir, guya babalarına görə can yandırırlar. Mən isə açıq şəkildə dedim: “Əvvəlcə babanızın gigiyenik və sanitar baxımsızlıq vəziyyətini həll edin, sonra ev məsələsini müzakirə edin." Bu isə qarşı tərəfdə narazılıq doğurdu, münaqişəyə çevrildi. Ən önəmlisi isə odur ki, kişinin doğma övladı atasına sahib çıxmaq, ona qayğı göstərmək istəyir. Təəssüf ki, nəvə və nəticə şəxsi ambisiyaları naminə buna imkan vermirlər...
Məhz sosial verilişlərdəki ekspertlik fəaliyyətimə görə xalq arasında mənə “Düzünə Mehriban” ləqəbi verilib. Bu ad, illərdir cəmiyyətin qarşısında qorxmadan həqiqəti söylədiyim, ağa “ağ”, qaraya “qara” dediyim üçün mənə layiq görülüb.
Mən peşəkar aktrisayam. İstəsəm, elə aristokrat, xanım-xatun obrazı yaradaram ki, hamı heyrətlə baxar. Amma efirdə sərgilədiyim emosiyalar rol deyil, içdən gələn bir yanğı, bir vətəndaş ağrısıdır. Yoxsa heç vaxt səhhətimə zərər verəcək qədər emosiyalara qapılmaram.
Bunun da fərqindəyəm ki, düşmənlərim emosional vəziyyətimdən qərəzli şəkildə istifadə edərək sosial şəbəkələrdə mənə qarşı manipulyativ və təhrif olunmuş məlumatlar yayırlar. Lakin gözəl bir atalar sözümüz var: "Yel qayadan nə aparar?" Güclü külək əsirsə, qoy söyüd narahat olsun. Çinara heç nə olmaz!",-deyə Xanlarova bildirib.
Nigar
13:04 / 17 Avqust 2026
7
13:02 / 17 Avqust 2026
16
12:57 / 17 Avqust 2026
30
12:55 / 17 Avqust 2026
29
12:49 / 17 Avqust 2026
41
12:46 / 17 Avqust 2026
41
12:37 / 17 Avqust 2026
227
12:27 / 17 Avqust 2026
61
12:27 / 17 Avqust 2026
66
12:26 / 17 Avqust 2026
56
12:23 / 17 Avqust 2026
70
12:20 / 17 Avqust 2026
156
12:17 / 17 Avqust 2026
71
12:09 / 17 Avqust 2026
376
11:57 / 17 Avqust 2026
125
11:55 / 17 Avqust 2026
63
11:55 / 17 Avqust 2026
78
11:48 / 17 Avqust 2026
94
11:47 / 17 Avqust 2026
64
11:45 / 17 Avqust 2026
57
11:40 / 17 Avqust 2026
70
11:35 / 17 Avqust 2026
70
11:27 / 17 Avqust 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.