Qaynar xətt:

(+99450) 247 90 86

Görüntülər şok etdi! Həkimlər iflic xəstəyə görün nə etdi (VİDEO)

Görüntülər şok etdi! Həkimlər iflic xəstəyə görün nə etdi (VİDEO)

ŞOU-BİZNES

1307

23.11.2022, 20:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyədə  özəl xəstəxananın reanimasiya şöbəsində yatan xəstəyə şiddət göstərən  tibb işçilərinin cəzası müəyyənləşib.

Oxu24.com  xəbər  verir  ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin  Qoca bildirib ki,  xəstəyə qarşı pis rəftar etdiyi üçün 2 tibb işçisindən biri 3 il müddətinə bu sahədən  uzaqlaşdırılıb.  Digər səhiyyə işçiləri 6 aylıq peşə təhsili keçmək üçün hələlik xəstəxanadan uzaqlaşdırılıb.

Təxminən 5 ay əvvəl Tokat Medical Park Xəstəxanasında xəstəyə qarşı çəkilən zorakılıq görüntüləri sosial mediada gündəm olub. Xəstənin yaxınları tərəfindən lentə alınan videoda iki reanimasiya tibb bacısı və tibb bacısının huşunu itirmiş iflic xəstəyə zorakılıq göstərdiyi görünür.

Görüntülərdə biri kişi, biri qadın iki tibb bacısının kişi xəstənin üzünü mələfə ilə bağladığı, əlləri ilə ağzını və boğazını sıxdığı, barmaqları ilə gözlərinə basdığı görülüb.

Xəstəxananın fəaliyyəti dayandırılıb.

 

 

Hazırladı: Aynurə Məcidova