Kəmaləddin Heydərov yeni sənəd İMZALADI
05 Noyabr 2026, 01:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
262
15.10.2026, 13:18
Azərbaycanda məktəbli qızların hicabla məktəbə gəlməsi məsələsi ətrafında müzakirələr gedir. Hər kəsin bu məsələyə münasibəti ola bilər. Mənim də var. Ancaq məni başqa bir məqam düşündürür: niyə bəzi qonşularımız Azərbaycanın daxili məsələləri ilə bağlı özlərinə söz haqqı görürlər?
Bunu Oxu24.com-a açıqlamasında Azərbaycan Milli Televiziya və Radio Şurasının üzvü, Teleradio Akademiyasının rektoru, şairə, publisist, nasir Telli Pənahqızı bildirib.
"Biz müstəqil dövlətik. Öz dövlətçilik ənənələrimiz, qanunlarımız, təhsil siyasətimiz, milli maraqlarımız var. Övladlarımızın hansı təhsil mühitində yetişməsi, məktəblərimizin hansı prinsiplərlə fəaliyyət göstərməsi Azərbaycanın özünün həll edəcəyi məsələdir.Xüsusilə də özlərini bizə dost adlandıran İran və Türkiyədən gələn iradlar sual doğurur. Dostluq başqa dövlətin daxili işlərinə qarışmaq, ona ağıl öyrətmək deyil. Əsl dostluq qarşılıqlı hörmətə, suverenliyə və bir-birinin seçiminə sayğıya əsaslanır.
Mənim mövqeyim aydındır: məktəb ilk növbədə elm, bilik və dünyəvi təhsil məkanıdır. Uşaqların dünyagörüşü formalaşan bu məkanda dövlətin müəyyən etdiyi təhsil qaydaları əsas götürülməlidir. Bu məsələni emosiyalarla, dini şüarlarla deyil, Azərbaycanın qanunları və milli maraqları çərçivəsində müzakirə etməliyik",-deyə o bildirib.
Telli Pənahqızı Azərbaycanın daxili işlərinə qarışan qonşu ölkələrdən də danışıb.
"İranın da, Türkiyənin də öz daxili problemləri, öz təhsil siyasəti, öz qərarları var. Qoy hər dövlət ilk növbədə öz işinə baxsın. Azərbaycanla bağlı narahatlıq ifadə etmək istəyənlər isə unutmasınlar ki, narahatlıqla müdaxilə arasında ciddi fərq var.Biz heç kimdən icazə alaraq müstəqil olmamışıq ki, indi də öz qərarlarımızı kiminsə məsləhəti ilə verək. Azərbaycanın dövlət siyasətini Azərbaycan müəyyən edir, Azərbaycanın daxili məsələlərini Azərbaycan həll edir.Dostluq bərabərlikdir, ağıl öyrətmək yox. Qonşuluq hörmətdir, müdaxilə yox. Müstəqillik isə öz qərarını özün vermək haqqıdır!",-deyə T.Pənahqızı bildirib.
Jalə
00:23 / 05 Noyabr 2026
36
00:18 / 05 Noyabr 2026
51
00:16 / 05 Noyabr 2026
110
23:48 / 04 Noyabr 2026
115
23:44 / 04 Noyabr 2026
83
23:40 / 04 Noyabr 2026
81
23:35 / 04 Noyabr 2026
81
23:33 / 04 Noyabr 2026
73
23:30 / 04 Noyabr 2026
97
23:26 / 04 Noyabr 2026
62
23:22 / 04 Noyabr 2026
94
23:17 / 04 Noyabr 2026
113
23:14 / 04 Noyabr 2026
71
23:12 / 04 Noyabr 2026
76
23:04 / 04 Noyabr 2026
107
22:59 / 04 Noyabr 2026
147
22:51 / 04 Noyabr 2026
97
22:38 / 04 Noyabr 2026
100
22:34 / 04 Noyabr 2026
118
22:26 / 04 Noyabr 2026
104
22:22 / 04 Noyabr 2026
113
22:16 / 04 Noyabr 2026
2535
22:14 / 04 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.