Kəmaləddin Heydərovdan AÇIQLAMA
04 Noyabr 2026, 20:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
207
15.10.2026, 12:31
2026-cı ilin ilk səkkiz ayında Azərbaycana səfər edən xarici turistlərin təxminən 30 faizini Rusiya vətəndaşları təşkil edib. Bu göstərici ilə rusiyalı turistlər ölkəmizə gələn əcnəbilər arasında birinci sırada qərarlaşıblar. Onlar yalnız say baxımından deyil, həm də ölkə iqtisadiyyatına qoyduqları maliyyə vəsaitinin həcminə görə liderlik edirlər.
Rusiya vətəndaşları Azərbaycanda ən çox pul xərcləyən xarici qonaqlar siyahısında ilk pillədə yer alıblar. Bu vəziyyət yerli turizm sektorunda gəlirlərin artmasına və xidmət sahələrinin canlanmasına birbaşa təsir göstərir. Turistlərin əsasən istirahət, qidalanma, alış-veriş və sağlamlıq xidmətlərinə böyük həcmdə vəsait ayırdığı müşahidə olunur.
Mütəxəssislər bu meylin həm iki ölkə arasındakı coğrafi və mədəni yakınlıqla, həm də xidmət səviyyəsi ilə bağlı olduğunu bildirirlər.
Mövzu ilə bağlı Oxu24.com-a turizm eksperti Rəhman Quliyev danışıb:
"Rusiyalı turistlərin Azərbaycanda daha çox vəsait xərcləməsi bir neçə amillə bağlıdır. İlk növbədə, bu, ölkəmizə gələn Rusiya vətəndaşlarının sayının çoxluğu və onların turizm bazarında əhəmiyyətli paya malik olması ilə əlaqədardır. Digər mühüm amil iki ölkə arasında coğrafi yaxınlıq, nəqliyyat əlaqələri və dil baxımından mövcud olan rahatlıqdır”.
Ekspertin sözlərinə görə, rusiyalı turistlər Azərbaycanda istirahət, alış-veriş, restoran xidmətləri, əyləncə və sağlamlıq turizmi kimi müxtəlif istiqamətlərə vəsait ayırırlar. Onların bir hissəsinin ailəvi səfərlərə üstünlük verməsi də ümumi xərclərin artmasına təsir göstərir. Ölkədə qalma müddəti də mühüm rol oynayır, çünki turist nə qədər uzun müddət qalırsa, onun yerləşmə, qidalanma, nəqliyyat və digər xidmətlərə çəkdiyi xərclər də bir o qədər artır.
Bununla yanaşı, Rəhman Quliyev qeyd edib ki, xərcləmə vərdişləri, seçilən hotel kateqoriyası və turizm xidmətlərindən istifadə səviyyəsi də yekun məbləğə təsir edir:
“Lakin rusiyalı turistlərin daha çox pul xərcləməsini yalnız onların sayının çoxluğu ilə izah etmək düzgün olmaz, bunun üçün hər turist üzrə orta xərc və ölkədə qalma müddəti ayrıca təhlil edilməlidir”.
Sonda ekspert əlavə edib ki, Azərbaycan turizm sektorunun əsas məqsədi yalnız turist sayını artırmaq deyil, həm də hər bir turistin ölkədə daha uzun müddət qalmasına və daha geniş çeşiddə xidmətlərdən yararlanmasına şərait yaratmaq olmalıdır. Bu baxımdan, rusiyalı turistlər üçün yeni turizm marşrutlarının, regional turların, sağlamlıq və qastronomiya turizmi məhsullarının inkişaf etdirilməsi ölkəyə daxil olan turizm gəlirlərinin daha da artmasına töhfə verə bilər.
Çimnaz Telmanqızı
20:13 / 04 Noyabr 2026
1
20:08 / 04 Noyabr 2026
64
19:57 / 04 Noyabr 2026
50
19:55 / 04 Noyabr 2026
44
19:55 / 04 Noyabr 2026
122
19:25 / 04 Noyabr 2026
69
19:18 / 04 Noyabr 2026
1815
19:17 / 04 Noyabr 2026
54
19:00 / 04 Noyabr 2026
73
18:41 / 04 Noyabr 2026
918
18:41 / 04 Noyabr 2026
101
18:37 / 04 Noyabr 2026
165
18:35 / 04 Noyabr 2026
142
18:35 / 04 Noyabr 2026
3094
18:27 / 04 Noyabr 2026
95
18:21 / 04 Noyabr 2026
115
18:15 / 04 Noyabr 2026
83
18:14 / 04 Noyabr 2026
98
17:40 / 04 Noyabr 2026
107
17:13 / 04 Noyabr 2026
1034
17:12 / 04 Noyabr 2026
135
17:02 / 04 Noyabr 2026
281
16:58 / 04 Noyabr 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.