İlham Əliyev Zirvə Görüşündə mühüm AÇIQLAMA ETDİ
15 Oktyabr 2026, 13:24
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
60
15.10.2026, 12:45
Azərbaycan dövlətlərarası münasibətlərin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir.
Oxu24.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamaanı deyib.
Dövlət başçısı bildirib ki, ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşib: “30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20%-i Ermənistan tərəfindən işğal olunub. Ermənistan 1 milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurda, həm də indiki Ermənistan ərazisindəki öz əzəli-tarixi torpaqlarından qovub etnik təmizləmə həyata keçirərək Azərbaycana qarşı hərbi təcavüz edib.
1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmiş, lakin onlar 30 il ərzində kağız üzərində qalıb”.
Prezident İlham Əliyev əlavə edib ki, BMT-nin Təhlükəsizlik Şurasının və diğer beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq: “Əgər işğal, soyqırımı və etnik təmizləməyə görə Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, Azərbaycan dövləti döyüş meydanında erməni faşizminin belini qırmağa məcbur qalmazdı. Təcavüzkarın cəzasız qalması onun həyasızlığının miqyasını yalnız daha da artırırdı”.
13:26 / 15 Oktyabr 2026
1
13:24 / 15 Oktyabr 2026
23
13:18 / 15 Oktyabr 2026
20
13:17 / 15 Oktyabr 2026
38
13:06 / 15 Oktyabr 2026
66
12:58 / 15 Oktyabr 2026
49
12:53 / 15 Oktyabr 2026
63
12:51 / 15 Oktyabr 2026
225
12:49 / 15 Oktyabr 2026
58
12:48 / 15 Oktyabr 2026
66
12:31 / 15 Oktyabr 2026
55
12:28 / 15 Oktyabr 2026
68
12:19 / 15 Oktyabr 2026
90
12:16 / 15 Oktyabr 2026
1106
12:14 / 15 Oktyabr 2026
59
12:10 / 15 Oktyabr 2026
66
12:08 / 15 Oktyabr 2026
62
12:01 / 15 Oktyabr 2026
105
11:57 / 15 Oktyabr 2026
58
11:55 / 15 Oktyabr 2026
57
11:46 / 15 Oktyabr 2026
77
11:40 / 15 Oktyabr 2026
78
11:29 / 15 Oktyabr 2026
661
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.