Mehdiyevin cinayətində ŞOK QADIN ADI: Sevil KİMDİR?+FOTO
04 Noyabr 2026, 14:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
300
15.10.2026, 10:52
Azərbaycan qanunvericiliyinə əsasən fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınması və mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi müəyyən hüquqi və texniki tələblərə tabedir.
Ölkədə qanunsuz tikililərin normallaşdırılması ilə bağlı müəyyən addımlar atılsa da qanunvericilikdə dəqiq göstərilən hallarda həmin evlərə kupçanın verilməsi qətiyyən mümkünsüzdür.
Oxu24.com "Yeni Sabah"-a istinadla xəbər verir ki, mövcud normativ-hüquqi aktlara əsasən çıxarış verilməsi qadağan olunan əsas kateqoriyalar aşağıdakılardır:
Mühafizə zonalarında tikilən evlər
Təhlükəsizlik və infrastruktur baxımından mühüm əhəmiyyət kəsb edən xüsusi obyektlərin mühafizə zolaqlarında inşa edilmiş evlər mülkiyyətə keçirilə bilməz Buraya yüksək təzyiqli neft qaz və su boru kəmərlərinin yüksəkgərginlikli elektrik xətlərinin eləcə də dəmir yolu xətlərinin və dövlət əhəmiyyətli avtomobil yollarının təhkim zolağında yerləşən tikililər daxildir.
Qeyri-yaşayış və kənd təsərrüfatı təyinatlı torpaqlardakı tikililər
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən fərdi yaşayış evinin tikintisinə yalnız yaşayış məntəqələrinin torpaqları kateqoriyasında icazə verilir Əkin örüş otlaq və ya bağ təyinatlı sahələrdə kateqoriyası dəyişdirilmədən zavod və fabrik kimi sənaye zonalarında həmçinin müdafiə və təhlükəsizlik məqsədli torpaqlarda inşa edilən yaşayış tikililərinə çıxarış verilmir.
Ekoloji riskli və geoloji cəhətdən təhlükəli ərazilərdəki evlər
İnsan həyatı və sağlamlığı üçün birbaşa təhlükə yaradan sahələrdə tikilmiş evlərin sənədləşdirilməsi qanunvericiliklə qadağandır Geoloji aktiv sürüşmə meyilliliyi yüksək olan riskli ərazilər su tutarlarının çayların və göllərin mühafizə zonasına düşən sahələr neftlə çirklənmiş və rekuldivasiya olunmamış zərərli yerlər bu kateqoriyaya aiddir.
Qanunsuz zəbt edilmiş dövlət və bələdiyyə torpaqlarındakı tikililər
Mülkiyyətçinin dövlət bələdiyyə və ya özəl şəxs icazəsi olmadan zəbt edilmiş sahələrdəki evlər hüquqi baxımdan qanunsuz sayılır Hüquqi əsası olmadan və müvafiq icra hakimiyyəti orqanından tikinti icazəsi alınmadan özbaşına inşa edilmiş obyektlərə də kupça verilmir.
Şəhərsalma və tikinti normalarına cavab verməyən evlər
Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla tikilmiş binalara çıxarış verilməsi qadağandır Qəza vəziyyətində olan çökmə riskli fərdi evlər ərazinin baş planına zidd olaraq salınmış və təhlükəsizlik məsafəsi gözlənilməyən sıx tikililər qaz elektrik və kanalizasiya şəbəkələrinə icazəsiz qoşulan obyektlər bu qrupun əhatəsindədir
Qeyd: Məqalədə Şəhərsalma və Tikinti Məcəlləsi, Torpaq Məcəlləsi, eləcə də Mülki Məcəllənin müvafiq maddələrinə istinad edilib.
15:00 / 04 Noyabr 2026
62
14:58 / 04 Noyabr 2026
267
14:57 / 04 Noyabr 2026
63
14:48 / 04 Noyabr 2026
110
14:40 / 04 Noyabr 2026
127
14:34 / 04 Noyabr 2026
73
14:20 / 04 Noyabr 2026
184
14:15 / 04 Noyabr 2026
186
14:07 / 04 Noyabr 2026
104
14:00 / 04 Noyabr 2026
105
13:45 / 04 Noyabr 2026
102
13:35 / 04 Noyabr 2026
1912
13:24 / 04 Noyabr 2026
237
13:22 / 04 Noyabr 2026
98
13:05 / 04 Noyabr 2026
1166
13:05 / 04 Noyabr 2026
106
12:52 / 04 Noyabr 2026
264
12:49 / 04 Noyabr 2026
330
12:44 / 04 Noyabr 2026
352
12:37 / 04 Noyabr 2026
128
12:35 / 04 Noyabr 2026
112
12:29 / 04 Noyabr 2026
317
12:27 / 04 Noyabr 2026
166
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.