Mətanət İsgəndərli əməliyyatla dəyişdi - FOTO
14 Noyabr 2025, 23:56
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
3548
14.07.2022, 09:38
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti xüsusi əməliyyat zamanı ölkə ərazisinə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirilməsini və paylanılmasını həyata keçirən daha iki nəfər saxlanılıb.
DİN mətbuat xidmətindən Oxu24.com-a bildirilib ki, nəticədə qanunsuz dövriyyədən 86 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb.
Belə ki, Baş İdarəyə Şirvan şəhər sakinləri əvvəllər məhkum olunmuşlar - Məhəbbət Hüseynov və Əziz Əsgərovun ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən əsas fiqurlardan olmaları barədə əməliyyat məlumatı daxil olub. Dərhal həmin şəxslər əməliyyat nəzarətinə götürülüb və onların qanunsuz əməlləri əməliyyat-texniki tədbirlərlə tam sübuta yertirilib.
Həmin şəxslər qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə göndərilən külli miqdarda narkotik vasitəni xaricdə yaşayan narkotacirin göstərişi ilə Ağcabədi rayonu ərazisində qəbul edib Bakı şəhərində müxtəlif yerlərdə gizlətməyə çalışan zaman Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar.
Onların üzərinə, həmçinin yaşayış ünvanlara baxış zamanı ümumilikdə 86 kiloqram, o cümlədən 78 kiloqram heroin, 8 kiloqram metamfetamin və narkotiklərin satışında bilavasitə istifadə etdikləri elektron tərəzilər aşkar edilib.
Həmçinin oxuyun
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
DİN-dən bildirilib ki, beynəlxalq narkoşəbəkənin üzvləri olan bu şəxslərin xaric və ölkə daxilindəki digər üzvlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər davam etdirilir.
00:03 / 16 Dekabr 2025
1
23:55 / 15 Dekabr 2025
14
23:51 / 15 Dekabr 2025
156
23:45 / 15 Dekabr 2025
18
23:28 / 15 Dekabr 2025
31
23:25 / 15 Dekabr 2025
27
23:21 / 15 Dekabr 2025
40
23:14 / 15 Dekabr 2025
32
23:08 / 15 Dekabr 2025
35
23:02 / 15 Dekabr 2025
37
22:54 / 15 Dekabr 2025
34
22:49 / 15 Dekabr 2025
40
22:48 / 15 Dekabr 2025
30
22:31 / 15 Dekabr 2025
56
22:27 / 15 Dekabr 2025
42
22:09 / 15 Dekabr 2025
254
21:59 / 15 Dekabr 2025
50
21:45 / 15 Dekabr 2025
71
21:10 / 15 Dekabr 2025
1593
20:54 / 15 Dekabr 2025
99
20:38 / 15 Dekabr 2025
1316
20:16 / 15 Dekabr 2025
65
19:46 / 15 Dekabr 2025
167
19:15 / 15 Dekabr 2025
680
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.