Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda metronun qarşısında dəhşətli hadisə: Yaralılar var+VİDEO

Bakıda metronun qarşısında dəhşətli hadisə: Yaralılar var+VİDEO

ŞOU-BİZNES

1971

30.05.2021, 09:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda qadın həyat yoldaşını və özünü bıçaqlayıb.

Oxu24.com  Xəzər TV-yə istinadən xəbər verir ki, “Koroğlu” metrostansiyasının yaxınlığında 1995-ci il təvəllüdlü Kərimova Günel Cəmil qızı əri, 1991-ci il təvəllüdlü Paşayev Nicat Müqəttar oğlunu bıçaqlayıb. G.Kərimova sonra özünə bıçaqla xəsarət yetirib.

Hadisə şahidlərinin sözlərinə görə, tərəflər arasında avtomobildə baş verən mübahisə sonda bıçaqlanma ilə nəticələnib.

Hər iki yaralı 3 saylı şəhər klinik xəstəxanasına gətirilib. Xəstəxanadan "Xəzər Xəbər"ə verilən məlumata görə, barmağının kəsilmiş yarası ilə xəstəxanaya daxil olan Nicat Paşayevə yardım göstərilərək ambulator müalicəyə göndərilib.

Qarnının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan Günel Kərimovaya da ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə faktla bağlı araşdırma aparılır.