Qaynar xətt:

(+99450) 247 90 86

Hərbçilərimiz helikopterlə düşmən mövqelərini YERLƏ-YEKSAN ETDİ -ANBAAN VİDEO

Hərbçilərimiz helikopterlə düşmən mövqelərini YERLƏ-YEKSAN ETDİ -ANBAAN VİDEO

ŞOU-BİZNES

4529

27.05.2021, 20:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Naxçıvan Qarnizonu Qoşunlarının aidiyyatı üzrə birləşmə və hissələrində başlayan komanda-qərargah təlimi bölmələrin döyüş tapşırığına uyğun və şəxsi heyətin çöl vərdişlərinin təkmilləşdirilməsi məqsədilə davam edir.
 

Oxu24.com  xəbər verir ki, komanda-qərargah təliminin planına uyğun olaraq növbəti mərhələdə dağlıq və çətin relyefli əraziyə taktiki desant endirilib.

Helikopterlərlə düşmən mövqelərinin dərinliklərinə endirilən xüsusi təyinatlı diversiya-kəşfiyyat qrupları çətin relyefli ərazilərdən, sıldırım dağ aşırımlarından keçməklə döyüş fəaliyyətini icra ediblər.

Təlimdə döyüş şəraitinə maksimum yaxınlaşdırılmış vəziyyətdə bölmələrin döyüş uzlaşması aparılıb. Birgə fəaliyyətin təkmilləşdirilməsi məqsədi ilə tabor taktiki qrupları şərti düşmənin ön xətdə və yaxın dərinlikdə yerləşən bölmələrinin məhv edilməsi üzrə taktiki fəaliyyətləri yerinə yetiriblər.