Qaynar xətt:

(+99450) 247 90 86

DİN-dən Yasamalda çəkilən videoçarxa MÜNASİBƏT

DİN-dən Yasamalda çəkilən videoçarxa MÜNASİBƏT

ŞOU-BİZNES

997

26.06.2020, 22:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“İki gün öncə xəbər saytlarında və sosial şəbəkələrdə bir qrup gənc müğənninin paytaxtın Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin sakinləri ilə birlikdə mənzillərin eyvanlarına çıxaraq “Yaşa Azərbaycan” mahnısını ifa etmələri və sonda həmin ərazidə xidmətdə olan polis əməkdaşlarına gül dəstələri atmalarını əks etdirən videoçarx yayılıb. Oxucu və izləyicilərin böyük əksəriyyətinin bəyənib, təqdir etdikləri bu vətənpərvərlik nümunəsi bəzi “virtual qəhrəman”ların ürəyincə olmadı.. Onlar sosial şəbəkələrdə bu ifanın Daxili İşlər Nazirliyi tərəfindən təşkil olunduğunu iddia edərək vətənpərvərlik nümunəsi göstərən gənc müğənnilərin ünvanına nəinki tənqidi fikirlər səsləndirdilər, hətta onları düşmənsayağı təhqir etməkdən belə çəkinmədilər”.

Oxu24.com  xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

O bildirib ki, apardıqları araşdırmalar zamanı müxtəlif muğam müsabiqələrinin qalibləri olmuş bir qrup gənc müğənninin heç kimin xahişi və təklifi olmadan öz təşəbbüsləri ilə videoçarx hazırlamaq qərarına gəldikləri müəyyənləşib: “Vətənpərvər gənclərimiz bu təşəbbüslərini onunla əsaslandırıblar ki, onların da ailə üzvləri və yaxınları arasında şəhid olan, Qarabağ müharibəsində iştirak edən polis əməkdaşları olub. Buna görə də, həm onların, həm də ümumilikdə polis əməkdaşlarının qarşıdan gələn peşə bayramlarını bu yolla təbrik ediblər.

Gənc müğənnilər əvvəlcə Şəhidlər Xiyabanına gedərək orada uyuyan şəhid polis əməkdaşlarını ziyarət edib, məzarları üzərinə gül dəstələri düzüblər. Daha sonra videoda görünən binaya gedərək sakinlərə onlarla birlikdə “Yaşa Azərbaycan” mahnısını ifa etmək niyyətlərini bildiriblər. Bina sakinləri də bu təşəbbüsü dəstəkləyərək mənzillərinin eyvanlarında mahnını ifa ediblər və sonda polis əməkdaşlarına gül dəstələri atıblar.

Videoçarxın davamı olaraq gənc müğənnilər oradan Fəxri Xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini yad ediblər.

Görəsən, belə bir vətənpərvərlik nümunəsi sərgiləyən gənclərimizin hansı hərəkəti düşmən dəyirmanına su tökən və bizə məlum olan antimilli qrupun heysiyyatına toxunub? Əlbəttə ki, belələri heç vaxt istəməz ki, vətəndaşlarımız öz dövlətini bu qədər sevsin, onun inkişafı və tərəqqisi üçün əlindən gələni etsin. Biz isə heç bir təmənna güdmədən, öz ürəklərinin səsi ilə belə vətənpərvərlik nümunəsi göstərən gənc müğənnilərimizi dəstəkləyir və onların hər birinə təşəkkürümüzü bildiririk”.

 

 

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

21:11 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

128

0
Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

20:45 / 17 Noyabr 2026

DÜNYA DÜNYA

Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

130

0
2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

20:39 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

153

0
 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

20:23 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

133

0
Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

20:12 / 17 Noyabr 2026

TİBB TİBB

Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

155

0
Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

19:59 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

147

0
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

19:51 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

149

0
Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

19:40 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

254

0
Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

19:39 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

141

0
Tələbə VƏFAT ETDİ -FOTO

19:28 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Tələbə VƏFAT ETDİ -FOTO

1077

0
Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

19:21 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

140

0
Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

19:14 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

145

0