Aysun İsmayılova xəstəliyə tutuldu
16 Noyabr 2026, 20:13
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1998
22.06.2020, 17:49
"Semaşko" xəstəxanasında saxlanılan koronaviruslu xəstə dəhşətli video yayıb.
Oxu24.com xəbər verir ki, vətəndaş yaydığı videoda vəziyyətin gərgin olduğunu, yerlərin dolduğunu deyib. O, bildirib ki, xəstəxanada ixtisaslı həkimlər yoxdur, qızdırması olanlar var.
"Kliniki Tibbi Mərkəzlə bağlı sosial şəbəkələrdə yayılan fikirlər və videomateriallarla bağlı bildiririk ki, xəstəxanada mövcud vəziyyət və çatışmazlıqlar barədə TƏBİB məlumatlıdır və bu çatışmazlıqların aradan qaldırılması istiqamətində fasiləsiz işlər görülür".
TƏBİB-dən Oxu24.com-a verilən xəbərə görə, sosial şəbəkələrdə yayılan videomaterialda pasiyentin “Çin dərmanı” adlandırdığı dərman preparatı Favipiravirdir: "Favipiravir – müxtəlif növ RNT-virusları, o cümlədən koronavirus SARS-CoV-2 əleyhinə dərman vasitəsi kimi istifadə olunan kimyəvi tərkibdir. Dərman vasitəsi ilk dəfə qrip əleyhinə müalicə vasitəsi kimi Yaponiyada istehsal olunub və qripdən əlavə, ağır viruslu infeksiyaların müalicəsi üçün təsdiqlənib. Yaponiyada Favipiravir tərkibli dərman vasitəsinin ticarət adı “Aviqan”dır.
Favipiravirin koronavirus əleyhinə effektivliyi 2020-ci ilin mart ayında Çinin Uhan və Şençjen şəhərlərində aparılmış kliniki tədqiqatlar nəticəsində sübut olunub. Müayinənin nəticələri göstərib ki, Favipirivarin təsiri altında koronavirusun insan orqanizmində mövcudluğu 11 gündən 4 günə qədər azalır və 91% xəstələrin virusla zədələnmiş ağciyərlərində vəziyyətin yaxşılaşması müşahidə olunur, halbuki Favipiraviri qəbul etməyən kontrol qrupda vəziyyəti yaxşılaşan xəstələrin sayı 62% təşkil edib. Favipiravir preparatının özəlliyi ondan ibarətdir ki, onun təsirinə dözən virus hələ ki, aşkarlanmayıb. Həmin dərman vasitəsi pandemiya boyunca öz effektivliyini saxlamaqdadır. Hazırda bütün dünya üzrə həmin dərman vasitəsi ilə bağlı geniş kliniki tədqiqatlar aparılır. O cümlədən, qeyd edək ki, ölkəmizdə mövcud olan xüsusi rejimli xəstəxanalar dünyada COVID-19 infeksiyasının müalicəsində istifadə edilən bütün dərman preparatları ilə təmin edilib.
Digər dərman preparatı olan Paracetamol – qızdırmasalıcı və ağrıkəsici effektə malik olan dərman vasitəsidir. Dərman vasitəsini müxtəlif növ ağrıların ( baş ağrısı, diş ağrısı, nevralgiya, əzələ ağrıları, revmatik ağrılar, menstrual ağrılar, yanıq zamanı olan ağrılar, travmalarda müşahidə olan ağrılar və s.) aradan qaldırılması üçün və iltihablı proseslərdə müşahidə olunan qızdırma və hərarəti salmaq üçün istifadə edilir.
Digər iddiaya görə, həkim-infeksionistlərin çatışmazlığı müşahidə edilir və digər ixtisasdan olan həkimlərin pasiyentlərə qulluq göstərməsindən narazılıq edilir. Qeyd edək ki, bütün dünyada koronavirus pandemiyasına qarşı mübarizəyə tək həkim-infeksionistlər deyil, müxtəlif ixtisaslı həkimlər cəlb edilib. Eləcə də, Azərbaycanda digər ixtisasdan olan həkimlər ayrı-ayrı pandemiya xəstəxanalarında pasiyentlərə xidmət göstərir. Lakin bu, o demək deyil ki, xüsusi rejimli xəstəxanalarda müalicələr özbaşına və heç bir əsası olmadan aparılır. Bütün tibb müəssisələrində müalicə TƏBİB tərəfindən tərtib olunmuş “COVID-19 - Tibb işçiləri üçün müvəqqəti rəhbərlik” əsasında müvafiq protokollarla aparılır. Eyni zamanda, hər bir xəstəxana həkim-infeksionist tərəfindən koordinasiya olunur".
Məlumatda qeyd edilib ki, Kliniki Tibbi Mərkəzlə bağlı araşdırma davam etdirilir və pasiyentlərin müraciətləri və şikayətləri nəzərə alınaraq, tez bir zamanda mövcud çatışmazlıqlar aradan qaldırılacaq.
00:38 / 18 Noyabr 2026
81
23:54 / 17 Noyabr 2026
112
23:36 / 17 Noyabr 2026
122
23:10 / 17 Noyabr 2026
115
23:03 / 17 Noyabr 2026
218
22:45 / 17 Noyabr 2026
121
22:22 / 17 Noyabr 2026
117
22:08 / 17 Noyabr 2026
266
21:51 / 17 Noyabr 2026
124
21:38 / 17 Noyabr 2026
130
21:20 / 17 Noyabr 2026
126
21:11 / 17 Noyabr 2026
128
20:45 / 17 Noyabr 2026
130
20:39 / 17 Noyabr 2026
153
20:23 / 17 Noyabr 2026
133
20:12 / 17 Noyabr 2026
155
19:59 / 17 Noyabr 2026
147
19:51 / 17 Noyabr 2026
149
19:40 / 17 Noyabr 2026
254
19:39 / 17 Noyabr 2026
141
19:28 / 17 Noyabr 2026
1077
19:21 / 17 Noyabr 2026
140
19:14 / 17 Noyabr 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.