Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanlılar Ermənistana girdi: Bu video ölkəni qarışdırdı  + Video

2020/05/21/1590059678_1590055509565_xumfqnb3.jpg

ŞOU-BİZNES

3747

21.05.2020, 15:12

Sosial şəbəkələrdə iki azərbaycanlının Ermənistanın paytaxtı İrəvan şəhərindən yeni çəkdiyi video-görüntü yayılıb.
Oxu24.com xəbər verir ki, kimliyi məlum olmayan həmin şəxslər paytaxtın mərkəzində video-çəkiliş aparıblar. Çəkilişdə iki nəfərin Azərbaycan və rus dillərində danışıqları aydın eşidilir. Çəkilişi aparan şəxslərdən biri rus dilində bunları söyləyir: “Biz yenə də qədim şəhərimiz olan İrəvandayıq. Pandemiya səbəbindən heç yerə çıxa bilmirik.
Həmvətənlərimizi 28 May – Respublika günü münasibətilə təbrik edirik. Söz verirəm ki, növbəti video Şuşada çəkiləcək. Ermənistan xüsusi xidmət orqanlarından olan cənablara isə demək istəyirəm ki, siz heç işləyə bilmirsiniz”.