Aysun Rusiyada toy qiymətini açıqladı: 1 saata...
20 Aprel 2026, 17:49
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
935
03.02.2020, 12:10
Bir neçə gün öncə ayaqyolu ehtiyacını ödəmək üçün maşından düşən və sonra parçalanmış cəsədi tapılan qızın ölümünün arxasındakı sirr pərdəsi açılıb.
Bu barədə “Haberler” xəbər yayıb.
Türkiyənin Adana şəhərinin Ceyhan rayonunda baş verən dəhşətli hadisədə Mehtap Ateşin yolu keçmək istəyərkən qəzaya düşdüyü, sonra isə üstündən bir neçə maşının keçdiyi məlum olub.
Qızı ilk vuran şübhəlinin qəzadan sonra maşının arxa təkərinə ilişən paltonu çıxararaq zibil qutusuna atdığı anlar həmin əraziyə quraşdırılmış müşahidə kamerası tərəfindən qeydə alınıb.
Xatırladaq ki, M.Ateş sevgilisi Murad A. ilə görüşmək üçün Konyadan Ceyhana gəlmişdi, sonra birlikdə şəhər mərkəzinə yola düşüblər. Bir müddət sonra qız ayaqyolu ehtiyacı olduğunu bildirərək, sevgilisindən maşını münasib yerdə saxlamağı istəyib.
Həmçinin oxuyun
Qadının uzun müddət geri qayıtmadığını görən Murad.A. onu axtararkən yolda təqribən 100 metr məsafə boyunca meyit parçalarına rast gəlib və geyim hissələrindən bunun Mehtapa aid ola biləcəyini anlayaraq dərhal polisə xəbər verib.
Hadisə yerinə gələn hüquq mühafizəçiləri cəsəd parçalarının yanında Ateşin şəxsiyyətini təsdiq edən sənədini və qanlı fotosunu tapıb. İstintaqa başlayan polis qızın qəzaya qurban getdiyini və sonradan üstündən çoxlu sayda maşınların keçdiyini müəyyənləşdirib. Tədqiqatlardan sonra Ateşi ilk olaraq H.Ö. adlı birinin vurduğunu aydınlaşıb.
Polis maşını Adana hava limanında park edilmiş halda tapıb. Avtomobil müsadirə olunub. H.Ö.-nün isə İstanbula getdiyi müəyyənləşib.
İstintaq davam edir.
23:35 / 22 Aprel 2026
1
23:24 / 22 Aprel 2026
119
23:18 / 22 Aprel 2026
2100
23:16 / 22 Aprel 2026
112
23:04 / 22 Aprel 2026
177
22:50 / 22 Aprel 2026
53
22:40 / 22 Aprel 2026
46
22:30 / 22 Aprel 2026
63
22:29 / 22 Aprel 2026
41
22:28 / 22 Aprel 2026
44
22:14 / 22 Aprel 2026
111
22:08 / 22 Aprel 2026
44
22:06 / 22 Aprel 2026
52
22:04 / 22 Aprel 2026
135
22:00 / 22 Aprel 2026
44
21:57 / 22 Aprel 2026
455
21:51 / 22 Aprel 2026
79
21:48 / 22 Aprel 2026
1096
21:45 / 22 Aprel 2026
79
21:44 / 22 Aprel 2026
114
21:43 / 22 Aprel 2026
49
21:40 / 22 Aprel 2026
52
21:38 / 22 Aprel 2026
49
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.