Tatu üstündə qətl törədildi - VİDEO
13 Avqust 2026, 22:12
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
1577
24.06.2025, 13:19
Bir neçə gündür ki,sosial şəbəkələrdə jurnalist Sara Safuranın işlətdiyi ifadələr müzakirə olunur.
Oxu24.com xəbər verir ki,söhbət jurnalistin Bərdə rayonundan olan kişi ilə qarşılaşdığı zaman istifadə etdiyi ifadələr olub.
"Bərdə adı gələndə kişilərə şübhə ilə baxırıq,inciməyin məndən.Bərdənin qeyrətli kişilərindən və qadınlarından üzr istəyirəm...İlk dəfədir ki,əzilib-büzülməyən kişi görürdüm.Saçı səliqəli daranmış,səliqəli geyimdə kişi görürdüm..." Qeyd olunan bu ifadələr sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Sosial şəbəkə istifadəçiləri Sara Safuranın bu ifadəsi ilə bir qrup insanı təhqir etdiyini iddia edərək ona qarşı çıxışlar ediblər.
Oxu24.com məsələyə aydınlıq gətirmək üçün jurnalist Sara Safura ilə əlaqə saxlayıb.O,saytımıza açıqlamasında əslində fikrinin düzgün başa düşülmədiyini və bu ifadələri işlədərkən məhz Bərdədən olan kişiləri nəzərdə tutmadığını bildirib.
"Qeyd olunan video düzgün anlaşılmayıb.Mən demək istəyirdim ki,son günlər əzilib-büzülməyən kişi ilə qarşılaşmadığım üçün təəccüb etdim.Özünüz bu cəmiyyətdə yaşayırsınız.Görürsünüz ki,ətrafımızda nələr baş verir.Mən bu ifadəni işlədərkən Bərdəni yox,ümumi mənzərəni nəzərdə tutmuşam. Videodan göründüyü kimi əvvəlcədən qeyrətli qadınlardan və kişilərdən üzr istəmişəm.Mənim Bərdə ilə heç bir problemim,yaxud tanışlığım yoxdur.Sadəcə fikirlərim düzgün başa düşülməyib.Mən bir daha buradan həmin ifadəni işlətdiyim üçün üzr istəyirəm.Mənə yazırlar ki,bu kimdir.Heç bunu tanımırıq. Onu yazanlara xatırladım ki, mənim əmək kitabçamda AzTv-nin möhürü var.Mətbuata da oradan gəlmişəm.",-deyə jurnalist qeyd edib.
Sara Safuranın qarşılaşdığı kişi ilə münasibət qurmaq istəməsi iddialarına da da jurnalist münbasibət bildirib.
"Mənim yoldaşım ankoloji xəstəlikdən illər öncə vəfat edib. Özü də sevdiyim bir şəxs olub. Bu yaşda mənim sevən vaxtımdır?Mən sadəcə olaraq belə bir səliqəli,yaraşıqlı kişi ilə qarşılaşdığımı qeyd etdim.Həmin kişi Göyçaydan,Ucardan,Şabrandan və s. yerdən olsaydı belə eyni sözləri deyəcəkdim.Sadəcə sözlərim düzgün başa düşülməyib...Bu gün məni ölümlə təhdid edirlər.Səhifələr açırlar..Mən nə etmişəm ki? Bir neçə saniyəlik videoya görə məsələnin bu qədər şişiridlməsi doğru deyil",-deyə Sara Safura açıqlamasında qeyd edib.
Miri Məcidli
15:30 / 18 Avqust 2026
15
15:28 / 18 Avqust 2026
20
15:15 / 18 Avqust 2026
36
15:08 / 18 Avqust 2026
39
15:06 / 18 Avqust 2026
32
14:50 / 18 Avqust 2026
53
14:38 / 18 Avqust 2026
62
14:30 / 18 Avqust 2026
70
14:15 / 18 Avqust 2026
62
14:12 / 18 Avqust 2026
64
14:05 / 18 Avqust 2026
66
13:59 / 18 Avqust 2026
59
13:45 / 18 Avqust 2026
71
13:30 / 18 Avqust 2026
67
13:15 / 18 Avqust 2026
78
12:49 / 18 Avqust 2026
81
12:40 / 18 Avqust 2026
76
12:38 / 18 Avqust 2026
93
12:18 / 18 Avqust 2026
75
12:05 / 18 Avqust 2026
296
11:54 / 18 Avqust 2026
78
11:48 / 18 Avqust 2026
69
11:45 / 18 Avqust 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.