Tatu üstündə qətl törədildi - VİDEO
13 Avqust 2026, 22:12
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
2383
14.05.2025, 16:22
Narkotik ittihamı ilə həbs edilən, özünü şair və tiktoker kimi təqdim edən İlhamə Elşadqızının (Əsgərova) məhkəmə istintaqı başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, o, konvoyun müşayiəti ilə məhkəmə salonuna gətirilib.
İlhamə Elşadqızının zala daxil olan kimi ilk sözü “mənim günahım yoxdur, özüm də sıradan bir insan deyiləm. Bundan əlavə, xəstə ola-ola həbs edilmişəm. Öd kisəm yoxdur, kabab zad da yeyə bilmirəm”, - deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edir.
***
İlhamə Elşadqızına qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə yekun ittiham elan edilib. Təqsiri sübuta yetirilərsə, o, 3 ildən 8 ilə kimi azadlıqdan məhrum edilə bilər.
Amma xanım müttəhim ittihamla razılaşmayıb, özünü təqsirli bilmədiyini deyib: “Mən Azərbaycan qadınıyam. Bundan əlavə, şairəm. Allah mənə ikiqat ağıl verib. Bütün günü hər yerdə məndən yazırdılar. İndi niyə məni ünsür kimi təqdim edirlər? Ağlı başımda qadınam, gah dəlixanaya aparırlar, gah narkoman deyirlər. Düz 5 aydır əzab çəkirəm. Mənim anamı ağladıblar. Mən elə-belə adam deyiləm. O qədər əsərlər yazmışam. Cəmiyyət üçün işlər görmüşəm. Dəstək olmaq lazım idi mənə…
Bahar vaxtıdır, indi mənim yazıb-yaradan vaxtımdır. Götürüb salıblar Kürdəxanıya həbsə… Belə narkoman olar? Bu nə deməkdir? Mən həmişə televiziyada olmuşam, heç bir kişi ilə adım çıxmayıb. Dövlət tədbirlərində mənim şeirlərim səslənib (4 misra şeir deyir-red). Mən tərtəmiz, pak qadınam. Nə var-nə var “TikTok”da direl zad demişəm. Bu da xoş qarşılanmayıb. Bəraətimi istəyirəm”.
22:10 / 19 Avqust 2026
17
21:40 / 19 Avqust 2026
39
21:17 / 19 Avqust 2026
36
20:59 / 19 Avqust 2026
50
20:04 / 19 Avqust 2026
57
19:50 / 19 Avqust 2026
68
19:27 / 19 Avqust 2026
82
17:59 / 19 Avqust 2026
91
17:50 / 19 Avqust 2026
84
17:32 / 19 Avqust 2026
102
17:12 / 19 Avqust 2026
105
16:49 / 19 Avqust 2026
96
16:38 / 19 Avqust 2026
76
16:19 / 19 Avqust 2026
99
15:59 / 19 Avqust 2026
91
15:56 / 19 Avqust 2026
71
15:54 / 19 Avqust 2026
119
15:45 / 19 Avqust 2026
90
15:36 / 19 Avqust 2026
112
15:30 / 19 Avqust 2026
90
15:11 / 19 Avqust 2026
104
15:10 / 19 Avqust 2026
87
14:50 / 19 Avqust 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.