Deputat turisti zorladı
07 Fevral 2025, 19:06
Qaynar xətt:
(+99450) 247 90 86
ŞƏRHSİZ
3742
23.05.2021, 23:13
Psixologiya və Konsultasiya Mərkəzinin psixiatrı, psixoterapevt Orxan Fərəclinin məqaləsini təqdim edirik.
Aktiv cinsi həyat yaşayan kişilərin böyük əksəriyyətinin tez-tez rastlaşdığı erkən boşalma günümüzün reallığında heç bir dərman istifadə etmədən, yalnız psixoterapevtik metodlar vasitəsilə 90-95 faiz tam aradan qalxan problemdir.
Erkən boşalma nədir?
Cinsi əlaqənin qadının, eləcə də kişinin həzz almasına imkan verməyəcək dərəcədə tez bitməsi erkən boşalma adlanır. Müasir tibdə erkən boşalmaya xəstəlikdən daha çox bir adaptasiya problemi olaraq baxılır. Yəni ailələrin bu problemi yaşamalarına səbəb xəstəlikdən daha çox cinsi həyatlarına uyğunlaşa bilməmək, onu idarə edə bilməməkdir.
Niyə tez boşalma olur?
Cinsi həyat haqqında çox ciddi tabularımızın, mühafizəkar əxlaq normalarının olduğu bir cəmiyyət olmağımız heç kəsə sirr deyil. Məhz bu səbəblərdəndir ki, cinsi həyat haqqında informasiyalar yanlış, yaxud da yetərsizdir. Erkən boşalma probleminin ən böyük səbəbi uşaq yaşlarında edilən masturbasiya, həmin anda tutulma qorxusu və yaxalanmadan tez boşalaraq həzzi yaşayım düşüncəsi olmuşdur. Bundan başqa "partnyorum mütləq məndən razı qalmalıdır” düşüncəsi, partnyora hədsiz emosional bağlılıq, pul müqabilində edilən cinsi əlaqələr də erkən boşalmanın yaranma səbəbləri arasındadır.
İdeal cinsi əlaqə nə qədər davam etməlidir?
Həkim olaraq bizə tez-tez verilən suallardan biri də məhz cinsi əlaqənin ideal müddətinin nə qədər olması ilə bağlıdır. Qeyd edim ki, bu, olduqca individualdır, şəxsə, münasibətə, məkana, zamana görə dəyişən bir rəqəmdir. Bəzi cütlüklər üçün 1 dəqiqə kifayət etdiyi halda, digərləri üçün 12-15 dəqiqə kifayət etməyə bilər.
Tibbi təcrübədə erkən boşalma probleminin dərəcəsini müəyyən etmək üçün bəzi standartlar qəbul olunub. Əgər cinsi əlaqə başlamadan boşalma baş verirsə, bu, ağır dərəcəli olaraq təsnif edilir.
Aktiv cinsi əlaqə başladıqdan 1 dəqiqə və ya daha tez boşalma olursa, bu, orta dərəcəli hesab olunur.
1-5 dəqiqə arasında boşalma aktı olarsa, bu, erkən boşalma adlanır. Nəzərinizə çatdırım ki, bu problemdən əziyyət çəkənlərin 70 faizi 1-5 dəqiqə arasında boşalan insanlardır.
Erkən boşalmanın müalicəsi varmı?
Əgər sizin orqanizminizdə erkən boşalmaya səbəb olacaq digər tibbi problemlər yoxdursa (böyrək, prostat və sair), heç bir dərman istifadə etmədən psixoterapevtik texnikalar vasitəsi ilə probleminizi aradan qaldırmaq mümkündür.
Bəzən insanlar gec boşalmaq üçün müxtəlif dərmanlardan, spreylərden istifadə edirlər. Bu tip dərmanlar həmin cinsi akt üçün kömək etsə də, problemi kökündən həll etmək iqtidarında deyil. Problemin aradan qalxmasını, normal cinsi həyatınızın olmasını istəyirsinizsə, bunu kökündən həll etməlisiniz. (lent.az)
07:20 / 12 Noyabr 2026
39
03:10 / 12 Noyabr 2026
125
01:25 / 12 Noyabr 2026
191
00:55 / 12 Noyabr 2026
155
00:43 / 12 Noyabr 2026
142
00:35 / 12 Noyabr 2026
354
00:33 / 12 Noyabr 2026
134
00:27 / 12 Noyabr 2026
146
00:24 / 12 Noyabr 2026
172
00:19 / 12 Noyabr 2026
174
00:17 / 12 Noyabr 2026
283
00:11 / 12 Noyabr 2026
167
23:54 / 11 Noyabr 2026
148
23:52 / 11 Noyabr 2026
144
23:50 / 11 Noyabr 2026
173
23:45 / 11 Noyabr 2026
1503
23:28 / 11 Noyabr 2026
136
23:24 / 11 Noyabr 2026
149
23:18 / 11 Noyabr 2026
165
23:09 / 11 Noyabr 2026
153
23:03 / 11 Noyabr 2026
144
23:01 / 11 Noyabr 2026
167
22:55 / 11 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.