"Noyabrın 7-də bizi Laçın istiqamətindəki mövqelərdən rotasiya edib bir qədər aşağıya düşürdülər" - MÜSAHİBƏ
08 Noyabr 2026, 17:27
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1041
23.04.2020, 18:13
“Mən bilmirəm bu videonu hansı düşüncəsiz, səviyyəsiz qrupdan çıxarıb, sosial şəbəkəyə yükləyib. Hər kimdirsə, ayıb olsun”.
Bu sözləri Oxu.Az-a Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin solfecio müəllimi Vəfa Həsənova sosial şəbəkədə yayılan videogörüntülərinə aydınlıq gətirərkən deyib.
O bildirib ki, videogörüntünü özü yaymayıb:
“Hər gün məktəbimizin şöbə müdiri və 10 müəllimdən ibarət olan “WhatsApp” qrupuna keçirilən dərslərlə bağlı videogörüntülərin atılması tapşırılıb. Mən də digər müəllimlər kimi eyni qaydada həmin qrupa gündəlik dərs keçirildiyinə dair video atıram. 27 ilə yaxındır müəllim işləyirəm, hələ belə bir şey başıma gəlməyib. O qrupda müəllimlərimizdən kənar heç kim olmayıb. Bu video o qrupdakılar tərəfindən yayılıb. Mən qətiyyən onlayn dərslərə lağ etmirəm. Müəllimlərimiz, valideynlərimiz tanıyır ki, necə insanam.
Həmin gün evdə uşaq bir az mənə mane oldu, əsəbiləşdim. Videonu gəlinim çəkib. Görüntünü də atanda qrupa yazdım ki, baxın, bu cür çətin şəraitdə dərs keçirik. İnternet tez-tez kəsilir, gecikmələr olur, amma dərslərimizdən qalmırıq.
Heç kim də boynuna almır kim edib. Onu tapsam, bir kəlmə deyərəm, ayıb olsun. Hər nə niyyətlə paylaşıb, bilmirəm, amma mən müəlliməm. Dünən təzyiqim qalxmışdı, az qaldı təcili yardım çağırsınlar”.
V.Həsənova ikinci dəfə yayılan səs yazısına da münasibət bildirib:
“O səs yazısını mən Şəkidə birgə təhsil aldığım yoldaşıma göndərmişəm. Onunla dərdləşmişəm. O da bu səsi yayıb. Ondan soruşdum ki, bu səsi nə üçün yaymısan? Deyir, istəyirdim bilinsin ki, bunu səndən gizli kimsə yayıb. Əgər bu hərəkəti edən yazılanları oxuyursa, ona ayıb olsun. Ümid edirəm, bir də heç kimə qarşı belə hərəkət etməzlər”.
“Məsələ ilə bağlı müdiriyyətlə aramda heç bir problem yaşanmayıb”, - deyə V.Həsənova əlavə edib.
Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkədə musiqi müəlliminin dərs keçdiyi zaman qeydə alınmış videosu yayılıb. Kadrlarda müəllim əsəblərinə hakim ola bilməyib.
15:41 / 19 Noyabr 2026
4
15:33 / 19 Noyabr 2026
179
15:31 / 19 Noyabr 2026
37
15:27 / 19 Noyabr 2026
26
15:11 / 19 Noyabr 2026
53
15:11 / 19 Noyabr 2026
83
15:01 / 19 Noyabr 2026
67
14:45 / 19 Noyabr 2026
88
14:32 / 19 Noyabr 2026
91
14:26 / 19 Noyabr 2026
115
14:15 / 19 Noyabr 2026
95
14:11 / 19 Noyabr 2026
89
14:03 / 19 Noyabr 2026
109
13:53 / 19 Noyabr 2026
118
13:47 / 19 Noyabr 2026
97
13:43 / 19 Noyabr 2026
111
13:38 / 19 Noyabr 2026
109
13:34 / 19 Noyabr 2026
114
13:28 / 19 Noyabr 2026
101
13:22 / 19 Noyabr 2026
97
13:15 / 19 Noyabr 2026
111
13:09 / 19 Noyabr 2026
137
12:56 / 19 Noyabr 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.