Bakıda 12 restoran açan hindistanlı - “Prezident də ailəsi ilə restoranımda qonaq olub”
10 Fevral 2026, 00:11
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
959
20.04.2020, 21:39
“Hökumət yaxın vaxtlara qədər ölkədə 5-6 min işsiz olduğunu deyirdi, indi 600 min nəfərə müavinət verməyə məcbur olub”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə karantin rejiminin uzadılmasına münasibət bildirən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Sərdar Cəlaloğlu bildirib ki, işsizliklə bağlı statistika ölkədəki real vəziyyətin necə olduğunu göstərir:
“Əgər Azərbaycandan qat-qat ağır vəziyyətdə olan ölkələrə baxsaq görərik ki, onlarda nə qədər ciddi özünütəcrid rejimi olsa da, indi çalışırlar mərhələli şəkildə bunu yumuşaltsınlar.
Çünki ölkəni uzun müddət bu vəziyyətdə saxlamaq olmaz. Bu, hətta dövlətin çökməsinə gətirib çıxara bilər. O baxımdan, əgər hökumətin açıqladığı statistika dəqiqdirsə, karantin rejiminin mayın 4-ə qədər uzadılmasının mənasını başa düşmək olmur.
Azərbaycanda karantin rejiminin bu qədər uzadılmasına heç bir əsas yoxdur. Sadəcə, küçələrdə sanitar-epidemoloji nəzarəti gücləndirməklə, evdə qalmaq tələbini yumuşaltmaq lazım idi. Ticarət, əyləncə, istirahət yerləri bağlı saxlanmalıdır. Çünki vətəndaşların ən çox ehtiyatsız davrandıqları yerlər məhz o məkanlardır. Orada yoluxma riski böyükdür.
İş yerlərini və məktəbləri açmaqla, işçilərdən, müəllimlərdən, şagirdlərdən qaydaları gözləməyi tələb etmək lazımdır. Hökumətin verdiyi qərarda deyilir ki, məktəblər açılacaq. Məktəblər açılana qədər gərək müəllimlərin evdən çıxıb, məktəbə getməkləri üçün rejim yumuşaldılsın. Rejimin kəskin şəkildə dəyişdirilməsinin çox ağır nəticələri ola bilər”.
Karantin rejiminin aradan qaldırılması yolları barədə danışan ADP sədri qeyd edib ki, ən optimal variant mərhələli yoldur:
Həmçinin oxuyun
“Evdə qalmağın bütün şərtlərini küçəyə çıxmaqla əvəz etmək lazımdır. Küçədə sosial məsafəyə əməl etməklə, vəziyyəti tədricən sabitləşdirmək mümkündür. Kənd təsərrüfatında əkin-biçin vaxtıdır. Əgər bu vəziyyət mayın axırına qədər davam edərsə, o halda dövlət kənd təsərrüfatı sektorunda olanlara ilin axırına qədər yardım etməli olacaq. Çünki onlar əkə bilməyiblərsə, məhsul da olmayacaq, yaşaya bilməyəcəklər.
600 min nəfərə uzun müddət müavinət verilsə, dövlət büdcəsində pul qalmaz. Ola bilsin ki, kimlərsə əhaliyə ayrılan pulların bir hissəsini korrupsiya yolu ilə mənimsəmək istəyir, ona görə də bu rejimin uzadılmasına təsir göstərirlər. Ancaq başa düşmürlər ki, bununla ölkə iqtisadiyyatını və dövlətin varlığını çox böyük risk altına atırlar.
ADP sədrinin fikrincə, karantin rejiminin ölkə ərazisini bütövlükdə əhatə etməsi doğru deyil:
“Azərbaycanda epidemiyanın yayılması bölgələr üzrə eyni deyil. Əgər eyni deyilsə, ölkənin bütün ərazisində karantin rejimi elan etməyə nə ehtiyac var? Məsələn, Zaqatalada, Balakəndə virus yoxdursa, o rayonlarda nəyə görə karantin rejimi təbiq edilməlidir?
Əgər Lənkəranda və ya başqa yerdə epidemiya varsa, bəli, orada karantin rejimini iyula qədər də uzatmaq olar. Ancaq yenə deyirəm, karantin rejimi uzadıldıqca, iqtisadiyyatımız zəifləyəcək, suverenliyimizə təhdidlər artacaq.
Eyni zamanda, dövlət idarəetməsində ciddi probeləmlər meydana çıxa bilər. Epidemiyadan sonra dünyada kataklizmlərin baş verəcəyi istisna edilmir.
Hökumət bunu mütləq nəzərə almalı və karantin rejimini təcili ləğv etməlidir. Baxın, bəzi sektorlarda iş davam edir, bəzilərində yox. Tikinti sektoru işləyir, maşınyuma məntəqələri fəaliyyət göstərir, ancaq siyasi partiyaların fəaliyyəti məhdudlaşdırılır.
Görünən budur ki, bəzilərinin əlləri yuxarı dairələrdə kimlərəsə çatıb və onlar qadağanın tələblərindən kənarda qalıblar. Bu kimi hallar əks nəticələrə səbəb olacaq. İndiki halda əsas hədəf ölkə əhalisinin sağlamlığıdır. Yoxsa indiki dalğada şəxsi maraqlar və korrupsiya güdülərsə, bu, ölkəyə pandemiyadan daha ağır ziyan vuracaq”.
20:46 / 12 Fevral 2026
6
20:42 / 12 Fevral 2026
2
20:37 / 12 Fevral 2026
26
20:36 / 12 Fevral 2026
27
20:21 / 12 Fevral 2026
471
20:17 / 12 Fevral 2026
40
20:09 / 12 Fevral 2026
46
19:54 / 12 Fevral 2026
47
19:44 / 12 Fevral 2026
56
19:32 / 12 Fevral 2026
58
19:21 / 12 Fevral 2026
57
19:02 / 12 Fevral 2026
63
18:49 / 12 Fevral 2026
62
18:39 / 12 Fevral 2026
61
18:26 / 12 Fevral 2026
64
18:15 / 12 Fevral 2026
87
18:03 / 12 Fevral 2026
64
17:47 / 12 Fevral 2026
58
17:41 / 12 Fevral 2026
82
17:16 / 12 Fevral 2026
63
17:13 / 12 Fevral 2026
77
17:07 / 12 Fevral 2026
96
17:00 / 12 Fevral 2026
693
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.