ATXƏM sədri: “Azərbaycan-Türkiyə dostluğuna xələl gətirmək mümkün deyil”
28 Sentyabr 2026, 13:46
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1191
02.04.2026, 10:25
Aprel döyüşlərinin canlı ŞAHİDİ: XTQ Qrup Komandiri Əhliyət Mehdiyevin Döyüş Yolu
2016-cı ilin aprel ayı Azərbaycan hərb tarixinə sadəcə bir hərbi uğur kimi deyil, böyük qələbələrimizin başlanğıcı kimi düşdü. Həmin günləri ön xətdə, ən qaynar nöqtələrdə yaşayanlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) ehtiyatda olan baş leytenantı, 3-cü qrup Qarabağ qazisi Əhliyət Mehdiyevdir. O, Aprel döyüşlərində 12 nəfərlik xüsusi əməliyyat qrupuna rəhbərlik edib. Qazimizin dilindən o şanlı gecənin və sonrakı ağır döyüşlərin tam təfərrüatını təqdim edirik:
– Əhliyət bəy, Aprel döyüşlərinə gedən yol necə başladı? O günləri necə xatırlayırsınız?
–2016-cı ilin aprel ayının 1-nə qədər hər gün düşmən təxribatlar törədirdi. Lakin aprelin 1-də bu təxribatlar artıq dözülməz bir həddə çatdı. Ermənistan silahlı qüvvələri ağır artilleriya və iri çaplı atıcı silahlardan istifadə edərək bizim cəbhəyanı yaşayış məntəqələrimizi hədəfə alırdı. Nəticədə dinc əhali arasında yaralananlar və şəhid olanlar oldu. Artıq səbr kasası daşmışdı. Müzəffər Ali Baş Komandanın qətiyyətli qərarı ilə Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı.
Cənubda Lələtəpə, şimalda isə Goranboy-Tərtər-Ağdərə istiqamətində hərəkətə keçdik.
-Sizin mənsub olduğunuz XTQ bölmələri şimal istiqamətində idi. Ermənilərin "keçilməz" dediyi sədləri necə yardınız?
-Cənubda ikinci ordu korpusunun və kəşfiyyat bölmələrinin misilsiz qəhrəmanlığı sayəsində 20 ildən artıq işğalda qalan Lələtəpə yüksəkliyi və ətraf strateji postlar nəzarətə götürüldü. Ümumilikdə 2000 hektar torpaq azad edildi, on minlərlə hektar ərazi isə ordumuzun nəzarətinə keçdi.
Mənim mənsub olduğum Xüsusi Təyinatlı Qüvvələr isə şimal istiqamətində düşmən təxribatının qarşısını aldı. Yuxarı komandanlığın bizə verdiyi tapşırığa əsasən, cəmi 40-45 dəqiqə ərzində biz düşmənin ön xəttini yardıq.
-Döyüş meydanında unuda bilmədiyiniz qəhrəmanlıqlar çox olub...
-Bu yüksəkliklərin alınmasında bizim əfsanəvi komandirlərimiz – “Murov qartalı” Raquf Orucov, Polad Həşimov, Vüqar Yusifov, Murad Mirzəyev, Samit İmanov və Mübariz İbrahimov kimi qəhrəmanların ruhu və rəhbərliyi var idi. Eyni zamanda Pəncəli Teymurov, Babək Abdulov, Elvin Namazov, Elnur İsgəndərov kimi oğullarımız böyük fədakarlıq göstərdilər. Bizim əsgər və zabitlərimizin mənəvi hazırlığı çox yüksək idi. Erməni əsgəri isə arxaya dönüb baxanda xaraba qalmış əraziləri görürdü və anlayırdı ki, bura onun deyil.
Şəhidimiz Elnur Səfərov (Neftçaladan) ağır yaralanmışdı. Onu təxliyə etmək istəyəndə dedi: “İllərdir mən bunu gözləmişəm. İndi istəyirsiniz gedim arxada ölümdən qaçım?”.
O, bilirdi ki, şəhadətə çatacaq, amma postu tərk etmədi. Ravil Novruzov isə bir səngərdə 4 erməni xüsusi təyinatlısını məhv etdi, beşinci ilə eyni anda atəş açdılar. Ravil o bir neçə metr məsafəni erməninin üzərinə gedərək onu əzdi və qalib kimi şəhid oldu.
XTQ Baş leytenant Elvin Namazov da həmin döyüşlərin qəhrəman şəhidlərindən idi.
-Sizin yaralanmağınız necə baş verdi? O an nələr hiss etdiniz?
-Mən 12 nəfərlik xüsusi əməliyyat qrupunun komandiri idim. Aprelin 2-dən 3-nə keçən gecə, səhər saat 4 radələrində düşmən itirdiyi mövqeləri qaytarmaq üçün tank taborları və artilleriya ilə hücuma keçdi. Düşmənin atdığı 120 millimetrlik mərmi düz mənimlə "badim" (döyüş yoldaşım) Şəhriyar Eyvazovun olduğu mövqeyə düşdü. Güclü partlayış dalğası bizi havaya qaldırıb yerə çırpdı.
-Ayılanda vəziyyətiniz necə idi? İlk kimi axtardınız?
-Bir müddət huşsuz qalmışam. Ayılanda sol gözüm açılmırdı, şiddətli ağrılarım vardı, sol gözüm heç nə görmürdü. Yerimək istədim, gördüm sol ayağım tutulub, dizim zədə alıb. İlk olaraq gözlərim Şəhriyarı axtardı. Onu 7-8 metr aralıda hərəkətsiz görəndə elə bildim şəhid olub. Amma bir az sonra gözünü açanda dünyalar mənim oldu. Hər ikimiz ağır kəllə-beyin travması və onurğa zədəsi almışdıq. Şükür ki, ərazi relyefi bizi qəlpələrdən qorumuşdu
-Sonradan tale yolunuz necə davam etdi?
-Bir ildən artıq Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olundum. Onurğa zədəsinə görə mənə hidrosefaliya diaqnozu qoyuldu. 2017-ci ilin iyununda baş leytenant rütbəsində ordudan tərxis olundum. Amma "badim" Şəhriyar xidmətə davam etdi və Vətən müharibəsində Şuşaya qədər gedib vuruşdu, orada yaralanıb qazi oldu.
-Aprel döyüşlərini Azərbaycan hərb tarixində necə qiymətləndirirsiniz?
-Bu döyüşlər bizim zəfərə gedən yolumuzun ilk mərhələsi idi. Xalqımız illərdir bu qələbənin həsrətində idi. Apreldə ordunun cəmi 3-5 faizi ilə düşməni lərzəyə saldıq. Məhz o ruh bizi 2023-cü ilin antiterror əməliyyatına, Xocalının, Xankəndinin azad olunmasına apardı. Azərbaycanın ərazi bütövlüyü təmin olundu. İnanıram ki, xalqımız şəhidlərimizi və qazilərimizi heç vaxt unutmayacaq…
Allah şəhidlərimə rəhmət etsin!
-Amin!
Müsahibəni hazırladı: Çimnaz Telmanqızı
20:44 / 30 Sentyabr 2026
27
20:38 / 30 Sentyabr 2026
68
20:33 / 30 Sentyabr 2026
30
20:10 / 30 Sentyabr 2026
59
20:10 / 30 Sentyabr 2026
53
19:50 / 30 Sentyabr 2026
61
19:35 / 30 Sentyabr 2026
230
19:26 / 30 Sentyabr 2026
137
19:26 / 30 Sentyabr 2026
64
19:23 / 30 Sentyabr 2026
56
19:21 / 30 Sentyabr 2026
64
19:15 / 30 Sentyabr 2026
58
19:12 / 30 Sentyabr 2026
71
19:01 / 30 Sentyabr 2026
75
18:53 / 30 Sentyabr 2026
92
18:45 / 30 Sentyabr 2026
87
18:29 / 30 Sentyabr 2026
72
18:14 / 30 Sentyabr 2026
102
18:06 / 30 Sentyabr 2026
80
17:49 / 30 Sentyabr 2026
84
17:29 / 30 Sentyabr 2026
96
17:15 / 30 Sentyabr 2026
87
17:06 / 30 Sentyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.