Göy məsciddə Çarens büstü : İranın siyasi hoqqabazlığı — ŞƏRH
10 Noyabr 2026, 23:47
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
529
01.06.2026, 15:52
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 1-də ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Oxu24.com xəbər verir ki, dövlət başçısı Kaleb Orra "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən sərgilərin və "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdiyinə görə təşəkkürünü bildirib.
ABŞ Prezidenti Donald Trampın bu tədbirə məktub ünvanlamasını məmnunluqla vurğulayan Prezident İlham Əliyev bu yanaşmanın və tərəfdaşlığın çox yüksək qiymətləndirildiyini bildirdi, buna görə ABŞ dövlətinin başçısına minnətdarlığını ifadə edib.
Son dövrlərdə ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini deyən dövlət başçısı Azərbaycanla ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının, həmçinin bu Xartiya əsasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qruplarının yaradılmasının əhəmiyyətinə toxunub, Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasının keçiriləcəyini vurğulayıb.
Bu xüsusda Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığın perspektivlərini müzakirə etmək baxımından yaxşı imkan yaratdığı bildirilib.
Dövlət başçısı "Bakı Enerji Həftəsi" çərçivəsində imzalanan sənədlərin əhəmiyyətinə də toxunub.
Kaleb Orr ABŞ Prezidenti Donald Trampın və Dövlət katibi Marko Rubionun salamlarını Prezident İlham Əliyevə çatdırıb.
Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Donald Trampa və Marko Rubioya çatdırmağı xahiş edib.
Qonaq vurğulayıb ki, Donald Trampın "Bakı Enerji Həftəsi"nə məktub ünvanlaması tədbirin Amerika Birləşmiş Ştatları üçün nə qədər önəmli olduğunu göstərir.
Kaleb Orr, eyni zamanda deyib ki, bu tədbir enerji bazarlarının vəziyyəti ilə bağlı müzakirələr aparmaq baxımından Prezident İlham Əliyevin liderlik rolunu nümayiş etdirir.
Söhbət zamanı "Bakı Enerji Həftəsi"nin qlobal enerji məsələləri barədə fikir mübadiləsi aparmaq, həmçinin dünyanın qabaqcıl enerji şirkətləri, dövlət qurumları, investorlar və sənaye mütəxəssisləri arasında əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün uğurlu platforma olduğu vurğulanıb.
Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin hər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğu qeyd edildi.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.



01:50 / 11 Noyabr 2026
280
01:00 / 11 Noyabr 2026
184
00:31 / 11 Noyabr 2026
246
23:59 / 10 Noyabr 2026
221
23:57 / 10 Noyabr 2026
262
23:55 / 10 Noyabr 2026
726
23:53 / 10 Noyabr 2026
274
23:47 / 10 Noyabr 2026
1452
23:43 / 10 Noyabr 2026
245
23:39 / 10 Noyabr 2026
212
23:28 / 10 Noyabr 2026
420
23:27 / 10 Noyabr 2026
1055
23:17 / 10 Noyabr 2026
1619
23:15 / 10 Noyabr 2026
212
23:00 / 10 Noyabr 2026
171
22:58 / 10 Noyabr 2026
209
22:55 / 10 Noyabr 2026
187
22:35 / 10 Noyabr 2026
170
22:30 / 10 Noyabr 2026
513
22:27 / 10 Noyabr 2026
143
22:19 / 10 Noyabr 2026
185
22:04 / 10 Noyabr 2026
275
21:55 / 10 Noyabr 2026
922
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.