Kombini işlətməmiş buna baxın – Yoxsa qaz çox gedəcək
28 Sentyabr 2026, 12:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
791
01.06.2026, 18:28
Azərbaycanda əlavə gəlir əldə etmək üçün ikinci iş yerində çalışan vətəndaşların gəlirlərindən tutulan vergi və sosial sığorta haqları bu gün hər hansı bir güzəşt tətbiq edilmədən, tam həcmdə həyata keçirilir. Bu statusda olan şəxslərin üzərinə düşən maliyyə yükünün azaldılması həm vətəndaşların rifahı, həm də əmək bazarının rəsmiləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı Oxu.com-un suallarını cavablandıran iqtisadçı ekspert Pərviz Heydərov bu kateqoriyadan olan şəxslər üçün ayrıca güzəşt mexanizmlərinin tətbiqini tamamilə real hesab etdiyini və bu məsələnin qanunverici orqanın gündəminə gələ biləcəyini vurğulayıb.
Məsələ parlament səviyyəsinə qaldırıla bilərmi?
İqtisadçı ekspert bildirib ki, qaldırılan bu məsələnin parlamentin və müvafiq komitələrin müzakirəsinə qədər gedib çıxması tamamilə mümkündür və realdır. Çünki təklif olunan dəyişikliklərin arxasında ciddi iqtisadi səmərə və məntiq dayanır:
“İlk baxışdan belə bir addımın atılması müəyyən zaman çərçivəsində dövlət büdcəsinin gəlirlərinə mənfi təsir göstərə, yəni daxilolmaları bir qədər azalda bilər. Lakin bütövlükdə götürdükdə, bu yanaşma insanlarda, vətəndaşlarda əlavə iş yerində çalışmaq həvəsini artıracaq, onları daha çox işləməyə stimullaşdıracaq ki, bu da gələcəkdə dövlət büdcəsi gəlirlərinin daha da artmasına zəmin yaradacaq”.
“Əsas və əlavə iş yeri anlayışları varsa, onlar arasında fərq də olmalıdır"
Pərviz Heydərov məsələyə həm hüquqi, həm də praktiki tərəfdən yanaşmağın vacibliyini qeyd edib:
“Əgər biz hüquqi baxımdan da işçinin əsas və əlavə iş yeri anlayışlarından istifadə ediriksə, bu barədə danışa biliriksə və danışırıqsa, onda onlar arasında müəyyən fərq də olmalıdır. Və həmin fərq özünü məhz vergi və sosial sığorta ayırmalarında büruzə verməlidir, orada öz əksini tapmalıdır”.
Güzəştlər hansı mexanizmlərlə tətbiq oluna bilər?
Ekspert bu istiqamətdə real addımların atılması üçün mümkün variantları da diqqətə çatdırıb. Onun fikrincə, işçinin həm əsas, həm də əlavə iş yerindən aldığı gəlirlərə aşağıdakı qaydada yanaşmaq olar:
“İşçinin həm əsas, həm də əlavə iş yerindən əldə etdiyi ümumi məbləğə vergi güzəştləri və sosial sığorta ayırmaları tətbiq edilə bilər. Gəlir vergisi tətbiq edilərkən, fiziki şəxslərdən tutulan verginin faiz dərəcələri yenidən tənzimlənə bilər.
Sosial sığorta ayırmaları müəyyən edilərkən işçinin neçə il çalışmasından (əmək stajından) asılı olaraq, onun aylıq ümumi gəlirinə uyğun xüsusi dərəcələr tətbiq edilə bilər. Yaxud da tamamilə başqa bir yanaşma ilə, əlavə iş yerindən tutulan ayırmalar üçün əsas iş yerindəki dərəcələrdən fərqli, daha güzəştli faiz dərəcələri müəyyən oluna bilər”.
Sonda iqtisadçı bir daha vurğulayıb ki, bu təklif həm hüquqi baxımdan, həm də iqtisadi cəhətdən tamamilə əsaslandırılmış və real bir yanaşmadır. Dövlət tərəfindən müəyyən bir mexanizm çərçivəsində bu məsələyə baxılması və həll yolunun tapılması olduqca vacibdir. Çünki bu addım bir tərəfdən vətəndaşların leqal şəkildə əlavə qazanc tapıb işləməsinə şərait yaradacaq, digər tərəfdən isə gələcəkdə dövlət büdcəsinin gəlirlərinin daha dayanıqlı və çox təmin olunması baxımından iqtisadiyyata böyük fayda verəcək.
Çimnaz Telmanqızı
12:55 / 28 Sentyabr 2026
1
12:37 / 28 Sentyabr 2026
40
12:32 / 28 Sentyabr 2026
38
12:22 / 28 Sentyabr 2026
42
12:18 / 28 Sentyabr 2026
46
12:13 / 28 Sentyabr 2026
191
12:00 / 28 Sentyabr 2026
43
11:54 / 28 Sentyabr 2026
62
11:40 / 28 Sentyabr 2026
55
11:31 / 28 Sentyabr 2026
132
11:27 / 28 Sentyabr 2026
146
11:23 / 28 Sentyabr 2026
56
11:20 / 28 Sentyabr 2026
162
11:15 / 28 Sentyabr 2026
55
11:13 / 28 Sentyabr 2026
49
11:00 / 28 Sentyabr 2026
60
11:00 / 28 Sentyabr 2026
57
10:57 / 28 Sentyabr 2026
64
10:55 / 28 Sentyabr 2026
49
10:37 / 28 Sentyabr 2026
62
10:34 / 28 Sentyabr 2026
404
10:32 / 28 Sentyabr 2026
117
10:28 / 28 Sentyabr 2026
54
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.