Göy məsciddə Çarens büstü : İranın siyasi hoqqabazlığı — ŞƏRH
10 Noyabr 2026, 23:47
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
666
01.06.2026, 17:02
Böyük Britaniyanın Baş naziri Kir Starmer 31-ci “Bakı Enerji Həftəsi”nə məktub göndərib.
Oxu24.com xəbər verir ki, məktubu Böyük Britaniyanın Şərqi Avropa və Mərkəzi Asiya üzrə ticarət komissarı Devid Rid oxuyub.
Məktubda deyilir:
“Hörmətli Prezident Əliyev.
2026-cı ilin “Bakı Enerji Həftəsi”ndə iştirak edən hər kəsə səmimi salamlarımı yetirməkdən məmnunam. Qlobal qeyri-müəyyənlik dövründə Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin və dayanıqlı mövqenin gücləndirilməsində çox mühüm tərəfdaş olaraq qalır.
On səkkiz ay əvvəl COP29-da iştirak üçün Bakıya səfər etdiyimiz zaman enerji keçidinə Azərbaycanın yetirdiyi ciddi diqqət mənə dərin təəssürat bağışladı. Həmin vaxtdan etibarən planlar fəaliyyətə çevrildi və bərpaolunan mənbələrdə enerji istehsalı sürətləndi, həm quruda, həm də dənizdə yaşıl enerjinin nəqli üçün geniş həll variantları təqdim olundu. Ölkəniz Ukraynanın enerji infrastrukturuna Rusiyanın davamlı və qanunsuz hücumları qarşısında həmin ölkənin enerji dayanıqlılığının möhkəmləndirilməsində mühüm rol oynadı. Ölkəniz təchizat zəncirlərinin şaxələndirilməsi yolu ilə öz enerji dayanıqlılığını formalaşdırmaq məqsədilə Avropa ölkələrinə imkanlar yaratdı. Həmçinin ötən il ölkəniz Sizin uzunmüddətli sülhə sadiqliyinizi gücləndirərək Ermənistana enerji ixracına başladı.
Ortaq iqlim məqsədlərinə doğru çalışdığımız bir vaxtda Birləşmiş Krallıq iqlimə müqavimətimizi gücləndirmək və 2050-ci ilə qədər xalis sıfra nail olmaq məqsədilə bu hökumətin planları üçün çox vacib olan qlobal enerji keçidini sürətləndirmək naminə Azərbaycanla çiyin-çiyinə işləməyə sadiq qalır. Britaniyanın sənayesi başda olmaqla, bizim uzunmüddətli enerji tərəfdaşlığımız ikitərəfli münasibətlərimizin təməl daşı rolunu oynayacaq, hər iki iqtisadiyyatda artımı sürətləndirən amil kimi davamlı xidmət edəcək. Bərpaolunan enerji və təmiz texnologiyalar sahəsində ekspert bacarıqlarımızı birləşdirərək, biz xalis sıfra nail olmaq və çiçəklənən, davamlı gələcəyi təmin etmək baxımından zəruri olan innovasiyanı inkişaf etdirə bilərik.
Bu təşəbbüs üçün göstərdiyiniz liderlik keyfiyyətlərini alqışlayır, Sizə və bütün iştirakçılara olduqca məhsuldar və uğurlu tədbir arzu edirəm”.
01:50 / 11 Noyabr 2026
280
01:00 / 11 Noyabr 2026
184
00:31 / 11 Noyabr 2026
246
23:59 / 10 Noyabr 2026
221
23:57 / 10 Noyabr 2026
262
23:55 / 10 Noyabr 2026
726
23:53 / 10 Noyabr 2026
274
23:47 / 10 Noyabr 2026
1452
23:43 / 10 Noyabr 2026
245
23:39 / 10 Noyabr 2026
212
23:28 / 10 Noyabr 2026
420
23:27 / 10 Noyabr 2026
1055
23:17 / 10 Noyabr 2026
1619
23:15 / 10 Noyabr 2026
212
23:00 / 10 Noyabr 2026
171
22:58 / 10 Noyabr 2026
209
22:55 / 10 Noyabr 2026
187
22:35 / 10 Noyabr 2026
170
22:30 / 10 Noyabr 2026
513
22:27 / 10 Noyabr 2026
143
22:19 / 10 Noyabr 2026
185
22:04 / 10 Noyabr 2026
275
21:55 / 10 Noyabr 2026
922
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.