Deputat Fazil Mustafa ilə MÜSAHİBƏ
05 May 2026, 15:20
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
5979
06.03.2026, 20:31
Xəbər verdiyimiz kimi, 5 mart 2026-cı il tarixində İran ərazisindən Naxçıvan Muxtar Respublikasına, xüsusilə mülki infrastruktur hesab olunan Beynəlxalq Hava Limanına və təhsil müəssisələrinin yaxınlığına edilən pilotsuz uçuş aparatı (PUA) hücumları regionda gərginliyi pik həddə çatdırıb. Ali dini liderin ölümündən sonra daxili qarışıqlıq və xarici təzyiqlərlə üzləşən Tehran rejiminin bu addımı Bakıda və beynəlxalq aləmdə kəskin etirazla qarşılanıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında verilən mesajlar Azərbaycanın öz suverenliyini qorumaq əzmini bir daha nümayiş etdirdi.
Bəs, İran niyə məhz Naxçıvanı hədəf seçdi? Bu hücumun arxasında hansı strateji hədəflər dayanır? Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Oxu24.com-un suallarını cavablandırıb.
-Naxçıvanın geosiyasi mövqeyi nəzərə alınsa, bu hücum hansı strateji mesajı ehtiva edə bilər?
-İranın Naxçıvan Muxtar Respublikasını hədəf alması, Azərbaycan ilə İran arasındakı gərginliyi artırmaqla yanaşı, eyni zamanda regiondakı geosiyasi vəziyyətə də ciddi təsir göstərə biləcək bir addım kimi qiymətləndirilməlidir. Bu hücumun arxasında bir neçə strateji məqsəd dayanır və həmçinin, beynəlxalq hüquq və diplomatik baxımdan müxtəlif nəticələrə yol aça bilər.
Azərbaycan Prezidentinin bu məsələyə dair verdiyi bəyanatlar da vəziyyətin daha da mürəkkəbləşdiyini göstərir.
Məlumdur ki, Naxçıvan həm coğrafi, həm də geosiyasi baxımdan çox mühüm bir ərazidir. Azərbaycanın əsas hissəsindən ayrılmış bu ərazi, Türkiyə ilə birbaşa sərhədi olan yeganə Azərbaycan bölgəsidir. Bu, Naxçıvanı yalnız Azərbaycan üçün deyil, həm də Türkiyə üçün də strateji baxımdan əhəmiyyətli bir nöqtə edir.
İranın Naxçıvana zərbə endirməsi, yalnız Azərbaycanı təhdid etmək deyil, Türkiyəyə də dolaylı bir mesajdır. Bu hərəkət, regionda güc balansını pozma cəhdi kimi də qiymətləndirilə bilər. İran Naxçıvanı hədəf alaraq, həm Azərbaycanın, həm də Türkiyənin təhlükəsizliyini təhdid etməyə çalışır. Bu, regiondakı güc mübarizəsində İranın öz mövqeyini daha da möhkəmlətməyə çalışmasının göstəricisidir. Əslində, bu hücum, həm də beynəlxalq aləmdə, xüsusən də Türkiyə ilə Azərbaycan arasındakı strateji müttəfiqliyi hədəfə almaq məqsədini daşıyır.
Başqa sözlə İranın bu addımı, Türkiyəyə və Azərbaycan dövlətinə qarşı həm hərbi, həm də diplomatik bir təzyiq formasıdır.
Naxçıvana edilən bu hücum, beynəlxalq hüquq baxımından ciddi nəticələrə yol aça bilər. Bu hücum ölkələrin ərazi bütövlüyü və suverenliyinin toxunulmazlığı ilə bağlı beynəlxalq hüququn əsas prinsiplərinin kobud şəkildə pozulmasıdır.
-Naxçıvana yönəlmiş zərbə beynəlxalq hüquq baxımından hansı hüquqi və diplomatik nəticələrə səbəb ola bilər?
-Naxçıvanın hədəf alınması, Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq bir təcavüzdür. Bu vəziyyət, beynəlxalq hüquq çərçivəsində Azərbaycanın öz haqqını müdafiə etməsi üçün hüquqi zəmin yaradır. Şübhəsiz ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində bu təcavüzün qınanması və İranın məsuliyyəti ilə bağlı müvafi qaddımlar atacaq. Hücumun İran tərəfindən həyata keçirilməsi, Azərbaycanın hüququnu qorumaq üçün beynəlxalq aləmdə daha güclü diplomatik təzyiqlər və həmçinin beynəlxalq məhkəmələrə müraciət etməsi kimi nəticələrə də səbəb ola bilər. Bu, həmçinin regional güclərin və beynəlxalq güclərin bu məsələyə necə yanaşacağına bağlı olaraq, İranın beynəlxalq izolyasiyasını daha da artıra bilər. İranda isə, bu hücumun nəticələrindən asılı olaraq, daha geniş bir diplomatik təzyiq altında qalma ehtimalı var.
-Prezident İlham Əliyev çıxışında Azərbaycanın heç vaxt İran əleyhinə əməliyyatlarda iştirak etmədiyini də qeyd etdi. Bu bəyanat regiondakı geosiyasi balans baxımından nə deməkdir?
-Prezidentin Təhlükəsizlik şurasının iclasındakı çıxışında ölkəmizin heç vaxt İran əleyhinə əməliyyatlarda iştirak etməməsi ilə bağlı bəyanatına gəldikdə isə bu mövqe rəsmi Bakı tərəfindən dəfələrlə və ən müxtəlif formalarda səsləndirilib və regiondakı geosiyasi balans baxımından çox önəmli bəyanatdır. Bu bəyanat, həm Azərbaycan xalqına, həm də beynəlxalq ictimaiyyətə Azərbaycanın mövqeyini aydın şəkildə təqdim edir. Azərbaycan heç vaxt qonşularına qarşı hərbi əməliyyatlar aparmayıb və aparmaq niyyətində də deyil. Bu, Azərbaycanın regionda sabitlik və təhlükəsizlik naminə balanslı bir yanaşma sərgilədiyini göstərir.
Son nəticədə, Naxçıvanın hədəf alınması, yalnız Azərbaycanın deyil, həm də regional və beynəlxalq aləmdə yeni gərginliklərə səbəb ola bilər. İranın bu təcavüzkar hərəkətinə qarşı Azərbaycanın sərt reaksiyası və beynəlxalq hüquqa əsaslanan mövqeyi isə özündə həm region ölkələrinə, həm də qlobal güclərə mesajı ehtiva edir.
Çimnaz Telmanqızı
09:48 / 11 May 2026
1
09:45 / 11 May 2026
19
00:40 / 11 May 2026
321
00:29 / 11 May 2026
203
00:17 / 11 May 2026
361
23:54 / 10 May 2026
355
23:46 / 10 May 2026
351
22:48 / 10 May 2026
100
22:27 / 10 May 2026
109
22:27 / 10 May 2026
115
22:12 / 10 May 2026
116
21:24 / 10 May 2026
427
21:21 / 10 May 2026
119
21:17 / 10 May 2026
116
21:09 / 10 May 2026
113
21:01 / 10 May 2026
336
20:36 / 10 May 2026
99
20:00 / 10 May 2026
112
19:36 / 10 May 2026
118
18:54 / 10 May 2026
414
18:31 / 10 May 2026
124
17:59 / 10 May 2026
213
17:51 / 10 May 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.