Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyalı politoloqun "Oxu24.com"-a ÖZƏL MÜSAHİBƏSİ  

Rusiyalı politoloqun \"Oxu24.com\"-a ÖZƏL MÜSAHİBƏSİ  

MÜSAHİBƏ

133

03.03.2026, 22:29

Donald Trump administrasiyası Rusiyanın Ukraynaya qarşı müharibəsini ABŞ-ın müstəqilliyinin 250 illiyi – 4 iyul tarixinədək başa çatdırmaq niyyətində olduğunu bəyan edir. Bu diplomatik səylər Trampın 2024-cü il seçki kampaniyası zamanı verdiyi “müharibəni bir günə bitirmək” vədi ilə əlaqələndirilir. Lakin münaqişənin başlanmasından təxminən dörd il keçməsinə baxmayaraq, hələ də nəzərəçarpacaq irəliləyiş yoxdur.

Məsələ ilə bağlı rusiyalı politoloq Dmitri Solonnikov Oxu24.com- özəl müsahibə verib. 

Həmin müsahibəni təqdim edirik:

-Vəziyyətə Rusiya rəhbərliyinin mövqeyindən yanaşsaq, Kreml Trampın mümkün vasitəçilik təşəbbüslərinə nə dərəcədə açıqdır?

"Rusiya üçün burada seçim yoxdur — sülh danışıqlarına keçid, yaxud hərbi əməliyyatların davam etdirilməsi. Rusiya üçün vəzifə münaqişənin kökündə duran ilkin səbəblərin aradan qaldırılması problemini həll etməkdir. Bu sülh yolu ilə həll olunsa çox yaxşı, hamı yalnız bunun tərəfdarıdır. Sülh yolu ilə olmasa, deməli, Sergey Viktoroviç Lavrovun dediyi kimi, “Döyüş meydanında, hazırlaşın”.

Beləliklə, şərtlər yerinə yetirilənə qədər döyüş əməliyyatları davam edəcək. Burada söhbət sülh yolu və ya hərbi yol arasında seçim etməkdən getmir. Söhbət xüsusi hərbi əməliyyatın(Red- Rusiya Ukraynada gedən müharibəyə belə ad verib)başında qarşıya qoyulmuş vəzifənin həllindən gedir. Həll olunsa, münaqişə dayanacaq. Bir daha deyirəm, seçim qarşısında deyilik.

-Hazırkı mərhələdə Rusiya üçün hansı daha sərfəlidir — danışıqlara keçid, yoxsa hərbi əməliyyatların davam etdirilməsi?

-Moskva dəfələrlə bəyan edib ki, münaqişənin müvəqqəti dayandırılmasının heç bir mənası yoxdur. Münaqişənin müvəqqəti dayandırılması Qərbin Rusiyaya öz şərtlərini diktə etmək cəhdidir: yəni, indi döyüşlər dayansın, Rusiya cəbhə xəttindəki təzyiqini azaltsın, bu fasilə zamanı Ukrayna NATO silahları ilə təchiz olunsun, silah ehtiyatını doldursun. 

Həmçinin Avropada və Ukraynada zavodlar işə salınsın, oraya Rusiyaya tuşlanmış strateji silahlar gətirilsin, münaqişəni və Rusiya Federasiyasına qarşı təcavüzü davam etdirmək üçün NATO qoşunları və muzdlular yerləşdirilsin.

Buna görə də münaqişənin dayandırılmasının Rusiya üçün heç bir mənası yoxdur. Müvəqqəti atəşkəsin Rusiya Federasiyası üçün zərrə qədər də mənası yoxdur, bu variant nəzərdən keçirilmir.

-Əgər Ukrayna cəbhədə mövqelərini qoruyub saxlayırsa, Moskva hansı şərtlərlə atəşkəsə razı ola bilər?

-Kreml hər zaman istənilən vasitəçilik təşəbbüslərinə açıqdır, istər Vaşinqtondan, istər Pekindən, istər Rio-de-Janeyrodan, istərsə də Yohannesburqdan olsun. Haradan gəlməsinin fərqi yoxdur. Rusiya üçün əsas vəzifə indiki münaqişənin dayandırılmasıdır. Münaqişənin ilkin səbəblərinin aradan qaldırılması şərti ilə bunun hərbi yolla deyil, diplomatik yolla həll edilməsi daha yaxşıdır.

Daha sonra bu səbəblərin aradan qaldırılmasında kimin vasitəçi olacağı önəmli deyil. Ukraynada denasifikasiya və demilitarizasiya prosesləri həyata keçirilməlidir. Yəni Ukraynada rusdilli əhaliyə qarşı, rus mədəniyyətinə, rus dilinə və Rus Pravoslav Kilsəsinə aidiyyatı olanlara qarşı faşist Almaniyasının praktikasını tətbiq edən hazırkı neonasist rejimi ləğv edilməlidir. Əhalinin “yuxarı təbəqə” və “tamdəyərli insan hesab olunmayanlar” kimi seqreqasiyasına (ayrı-seçkiliyinə) son qoyulmalıdır. 

Rusların “ikinci dərəcəli insan” statusuna salınması dayandırılmalıdır.

Həmçinin Ukraynanın demilitarizasiyası baş verməlidir. Yəni Ukrayna tərəfindən Rusiya Federasiyasının ərazilərinə qarşı heç bir təhlükə olmamalıdır. Ukraynada xarici qoşunların yerləşdirilməsi qadağan edilməli, ölkənin nüvəsiz statusu təsdiqlənməli, NATO-ya üzv olmamalı və Rusiyanın dinc şəhərlərini təhdid edən hücum silahları ixtisar edilməlidir. Xüsusi hərbi əməliyyatın başlanmasına səbəb olan bütün bu amillər aradan qaldırılmalıdır.

Nəticə etibarilə, bu şərtlərin yerinə yetirilməsinə hansı vasitəçinin səyləri ilə nail olunacaqsa, əsl uğur onundur. Bu, münaqişənin dayandırılmasına və çoxdan gözlənilən sülhün bərqərar olmasına real töhfə olacaqdır. Buna görə də, ABŞ-nin, Çinin, Braziliyanın, Cənubi Afrikanın, Hindistanın və ya digər bir dövlətin vasitəçilik səyləri müsbət qarşılanır. Kim Ukraynanı bu məsələlərin dinc yolla həllinə razı sala bilsə, o da qalib olacaqdır.

-Açıqlama üçün təşəkkürlər!

-Təşəkkürlər!

Çimnaz Telmanqızı