“Mənə lazım deyil deyə bilməzsiniz, mən tamaşaçıya lazımam” İllər sonra vətənə qayıdan aktrisa
01 İyul 2026, 16:32
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1943
11.11.2025, 20:39
Sülh və strateji risklər: Politoloq Çingiz Şahbazi Ermənistan-Azərbaycan dialoqundan danışır
Azərbaycan və Ermənistan arasında sülh prosesi Cənubi Qafqazda regional sabitlik və iqtisadi inkişaf baxımından həlledici əhəmiyyət daşıyır. Son illərdə tərəflər arasında müəyyən dialoq və razılaşmalar əldə olunsa da, qarşılıqlı etimad məsələləri, eləcə də Ermənistanın yerinə yetirilməmiş bəzi öhdəlikləri hələ də qalmaqdadır.
Bu barədə Oxu24.com-a danışan politoloq Çingiz Şahbazi bildirib ki, son illərdə Ermənistan-Azərbaycan münasibətlərində, xüsusilə sülh prosesi istiqamətində müəyyən irəliləyiş müşahidə olunsa da, bir sıra ziddiyyətlər və qarşılıqlı inamsızlıq hələ də qalır.
Politoloq Çingiz Şahbazi
Onun sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistan bəzi məsələlərdə qeyri-səmimi davranış nümayiş etdirir və sülh müqaviləsinin mətninə dair ikili mövqe sərgiləyir.
Ermənistanın razılaşdırılmış prinsiplərin icrasını ləngitməsi və müxtəlif beynəlxalq platformalarda fərqli ritorikaya üstünlük verməsi, rəsmi Bakının fikrincə, danışıqların real nəticə verməsini çətinləşdirir. Bununla belə, davamlı sülhün əldə olunmasının mümkün olmadığı barədə pessimist yanaşmalar əsassızdır. Hazırda sərhədlərin dəqiq müəyyənləşdirilməsi və delimitasiya prosesi davam edir.
Çingiz Şahbazinin sözlərinə görə, bu prosesi sülh sazişinin əsas tərkib hissəsi kimi qiymətləndirmək olar. İki ölkə arasında münasibətlərin normallaşması və sabitliyin təmin edilməsi məqsədilə nəqliyyat və kommunikasiya xətlərinin açılması istiqamətində mühüm addımlar atılır. Xarici faktorların danışıqlar prosesinə təsirini minimuma endirmək və sərbəst qərarvermə imkanlarını qorumaq üçün hər iki ölkənin balanslı siyasət yürütməsi vacibdir.
Sülhün çətin görünməsi Ermənistandakı revanşist qüvvələrin maraqlarına xidmət edir. Hazırkı vəziyyətdə sülhün tam əldə olunması üçün ciddi maneə yoxdur. Prosesin texniki səviyyədə inkişafı isə onu deməyə əsas verir ki, yaxın gələcəkdə – 2025–2026-cı illər ərzində sülh müqaviləsinin imzalanması mümkündür.
Zəngəzur dəhlizinin reallaşması istiqamətində işlərin, Ermənistanda keçirilməsi planlaşdırılan parlament seçkiləri ərəfəsində ikinci plana keçməsi müvəqqəti xarakter daşıyır. Bununla belə, dəhlizin reallaşmasını istəməyən qüvvələr bu vəziyyətdən sui-istifadə edərək bədbin əhval-ruhiyyə formalaşdıran bəyanatlarla çıxış edirlər. Bu isə hər iki ölkə üçün həm strateji, həm də iqtisadi baxımdan itki sayılır.
Ermənistan rəhbərliyi yaxşı anlayır: Azərbaycan tərəfi istənilən halda bu marşrutu İran ərazisi üzərindən reallaşdırmaq imkanına malikdir. Azərbaycan bütün sahələrdə alternativ layihələr hesabına strateji üstünlüyünü qoruyub saxlamağı bacarıb.
Politoloq sonda qeyd edib ki, əslində Zəngəzur dəhlizinin reallaşmasında daha çox maraqlı tərəf Ermənistandır. Əks halda, bu ölkənin nələri itirəcəyini təsəvvür etmək çətin deyil. Bu baxımdan istər Zəngəzur dəhlizinin açılması, istərsə də sülh sazişinin imzalanması istiqamətində baş verən proseslərə diqqət yetirsək, aydın görünür ki, bütün bu gedişatın fonunda Ermənistandakı revanşist partiyalar və onları dəstəkləyən xarici qüvvələr yaxın günlərdə keçiriləcək seçkilərin nəticələrinə təsir göstərməyə çalışırlar.
Onların əsas məqsədi hakimiyyəti bütün vasitələrdən, o cümlədən əsassız təbliğat və manipulyasiyalardan istifadə etməklə ələ keçirmək, cəmiyyətdə çaşqınlıq yaratmaqdır. Bu səbəbdən Ermənistanda baş verən siyasi çəkişmələr və ictimai qarışıqlıqlar təkcə Azərbaycanla münasibətlərin qurulması prosesinə deyil, bütövlükdə Cənubi Qafqazda təhlükəsizlik və inkişaf dinamikasına mənfi təsir göstərir.
Pərvin Şakirqızı
16:08 / 08 Avqust 2026
115
16:05 / 08 Avqust 2026
105
14:53 / 08 Avqust 2026
121
13:55 / 08 Avqust 2026
89
13:30 / 08 Avqust 2026
82
13:15 / 08 Avqust 2026
152
13:01 / 08 Avqust 2026
105
12:59 / 08 Avqust 2026
139
12:49 / 08 Avqust 2026
143
12:45 / 08 Avqust 2026
554
12:45 / 08 Avqust 2026
107
12:30 / 08 Avqust 2026
111
12:13 / 08 Avqust 2026
625
12:10 / 08 Avqust 2026
108
12:07 / 08 Avqust 2026
106
11:59 / 08 Avqust 2026
148
11:57 / 08 Avqust 2026
101
11:50 / 08 Avqust 2026
171
11:50 / 08 Avqust 2026
104
11:47 / 08 Avqust 2026
597
11:30 / 08 Avqust 2026
106
11:28 / 08 Avqust 2026
893
11:10 / 08 Avqust 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.