Qaynar xətt:

(+99450) 247 90 86

5 “dil bilən”, qiyməti 15 min avro olan axtarış itləri - REPORTAJ (FOTOLAR)

5 “dil bilən”, qiyməti 15 min avro olan axtarış itləri - REPORTAJ (FOTOLAR)

MÜSAHİBƏ

1918

12.03.2019, 17:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" 
Ötən həftə Dövlət Gömrük Komitəsi jurnalistlər üçün növbəti mediatur təşkil edib. 
Azvision.az -ın əməkdaşlarının da iştirak etdiyi mediatur çərçivəsində xüsusi təlim keçmiş itlərin saxlanıldığı Kinoloji Mərkəzə baxış keçirilib.

\"\" Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Mərkəzinin rəisi İlkin Osmanov bildirib ki, hazırda mərkəzdə 60 baş xidməti axtarış iti saxlanılır. Ümumilikdə 4 hektar ərazini əhatə edən mərkəzin bazasında eyni vaxtda 100 baş xidməti it saxlamaq, onlara tibbi qulluq göstərmək və təlim vermək mümkündür. Əsas məqsəd narkotik vasitələrin, partlayıcı maddələrin, odlu silahların və döyüş sursatının axtarışı, iz, iy, eləcə də bütün növ obyektlərin mühafizəsi üzrə itlərin hazılanmasıdır. Bir xidməti itin Avropada satış qiyməti 10-15 min avro arasındadır.

\"\" İ.Osmanov qeyd edib ki, Azərbaycandan 12 ölkəyə xidməti axtarış itləri ianə edilib: “Əfqanıstan, Makedoniya, Gürcüstan, Toqo, Seneqal, Monqolustan, Rumınya, Türkiyə, Bolqarıstan, Qırğızıstan və digər ölkələrin kinoloji xidmətlərinin əməkdaşları bizim mərkəzdə kurs keçiblər. Əməkdaşları bizdə kurs keçən 12 dövlətə xidməti axtarış itlərini ianə etmişik. Kinoloji Mərkəzdə təlim olunan itlər dəfələrlə müxtəlif yarışların qalibləri olublar. Hətta \"Layma\" ləqəbli it 2003-cü ildə Bratislavada keçirilən 2-ci Avropaçempionatında baş mükafatı qazanıb”. \"\" Mərkəzdə bir itin saxlanma xərclərinə gəlincə, İ.Osmanov deyib ki, bu, itlərin cinsindən və çəkisindən asılı olaraq, ildə 1000-2000 min manat arasında dəyişir. “Kinoloji Mərkəzdə olan itlərin hamısı şimal, cənub, qərb sərhəd-keçid məntəqələrində, hava nəqliyyatı, Bakı Baş Gömrük İdarəsi, enerji, dəniz ticarəti və s. kimi yerlərdə xidmət göstərir. Əgər təhlükəsizlik baxımından hər hansı problem yaranıbsa, it dərhal Mərkəzə gətirilərək müayinə olunur və lazımi müdaxilələr edilir”. \"\" Mərkəzdə saxlanan itlərin xidmət müddəti 8 ildir. İtlər ildə 2 dəfə attestasiyadan keçirilir. 8 yaşında komissiya daxilində attestasiya aparılır, əgər xidməti it axtarışa yararlıdırsa, o balansda qalır. Yararlı deyilsə, xidmətdən uzaqlaşdırılır. Xidmətdə uzaqlaşdırılan itlərin sonrakı taleyinə gəlincə, bu itlər təlimçilərin ərizə ilə müraciəti əsasında onlara ianə olaraq verilir. \"\" Qeyd olunub ki, hər axtarış itinə gündə 2 saatdan bir 15-20 dəqiqə fasilə verilir. Bildirilib ki, bir itə 7-8 narkotik vasitənin iyini öyrətmək mümkündür. Təlimçilər 5 dildə- fransız, ingilis, alman, rus və Azərbaycan dilində əsas sözlərdən istifadə edərək itlərə təlim keçirlər. İtlərə axtar, uzan, olmaz, iylə, yanımda və s. bu kimi sözləri öyrədirlər. Bir itə istəkdən asılı olaraq 1 dil öyrədilə bilər. \"\" Narkotik maddələrin və psixotrop maddələrin tapılması üzrə axtarış itinə minimum 3 ay təlim keçirilməlidir. Əgər it silah-sursat, partlayıcı maddələr üzrə axtarışa cəlb olunacaqsa, təlim müddəti minimum 5 ay olmalıdır. Pul əskinaslarının axtarışı üçün təlimə təxminən 2,5 ay vaxt lazımdır. İtlər oyun sistemi ilə hazırlanırlar. Axtarış zamanı itlər aktiv və ya passiv reaksiya verə bilir. Aktiv reaksiya zamanı səs çıxarıb, cırmaq atıb, yeri qazdığı halda, passiv reaksiya zamanı narkotik vasitəni tapdığı yerə uzanır və yaxud oturur. Sonda Kinoloji Mərkəzin təlim ərazisində axtarış itinin narkotik vasitələri aşkarlamaq bacarığı nümayiş etdirilib. \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\"

Moskva Cənubi Qafqaz masasına qayıdır? - Rusiyanın vasitəçilik həmləsi Bakı-İrəvan dialoqunu necə dəyişə bilər? — ŞƏRH  

16:02 / 24 Noyabr 2026

SİYASƏT SİYASƏT

Moskva Cənubi Qafqaz masasına qayıdır? - Rusiyanın vasitəçilik həmləsi Bakı-İrəvan dialoqunu necə dəyişə bilər? — ŞƏRH  

101

0
Azərbaycanda yeni sənəd hazırlanır - Gələcəkdə məcburi ola bilər 

15:41 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanda yeni sənəd hazırlanır - Gələcəkdə məcburi ola bilər 

100

0
Abbaszadənin boşanma ilə bağlı çıxışı yenidən gündəmdə - Video

15:40 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Abbaszadənin boşanma ilə bağlı çıxışı yenidən gündəmdə - Video

131

0
Bakıda tanınmış iş adamı vəfat etdi - Foto 

15:36 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakıda tanınmış iş adamı vəfat etdi - Foto 

791

0
Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər 

15:34 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər 

382

0
2035-ci ilədək dünyanın dini xəritəsi dəyişəcək: İlahiyyatçıdan MÜHÜM AÇIQLAMA  

15:29 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2035-ci ilədək dünyanın dini xəritəsi dəyişəcək: İlahiyyatçıdan MÜHÜM AÇIQLAMA  

98

0
Penitensiar sistemdə “kadr boşluğu” necə doldurulacaq? – Hərbi ekspert seçimdə peşəkarlığın vacibliyindən danışdı  

15:17 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Penitensiar sistemdə “kadr boşluğu” necə doldurulacaq? – Hərbi ekspert seçimdə peşəkarlığın vacibliyindən danışdı  

132

0
Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub

15:10 / 24 Noyabr 2026

SİYASƏT SİYASƏT

Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub

123

0
Bakıda 49 yaşlı klinika rəhbəri vəfat etdi 

15:03 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakıda 49 yaşlı klinika rəhbəri vəfat etdi 

143

0
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var 

14:40 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var 

98

0
"Arzulayırdın ki, səndən bütün saytlar yazsın" 

14:20 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

"Arzulayırdın ki, səndən bütün saytlar yazsın" 

149

0
Deputat vəzifəyə təyin olunanların öz qohumlarını irəli çəkməsindən şikayətlənib 

14:17 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Deputat vəzifəyə təyin olunanların öz qohumlarını irəli çəkməsindən şikayətlənib 

159

0